Apple yeni Studio Display XDR-i təqdim etdi
Technote.az “Apple Insider” platformasına istinadən bildirir ki, Apple Studio Display seriyasında iki yeni monitorunu təqdim edib. Şirkət həm mövcud Studio Display modelini yeniləyib, həm də əvvəlki Pro Display XDR-in yerini alan tamamilə yeni Studio Display XDR modelini elan edib.
Apple-ın Hardware Engineering üzrə baş vitse-prezidenti John Ternus bildirib ki, şirkət peşəkar istifadəçilər üçün ən qabaqcıl ekran texnologiyalarını təqdim etməyə davam edir və yeni Studio Display ailəsi bunun növbəti addımıdır.
Yeni əsas Studio Display modeli əvvəlki kimi 27 düymlük 5K ekran olaraq qalır, lakin bir sıra texniki yeniliklər əldə edib:
• 2 ədəd Thunderbolt 5 portu (kabel daxil)
• 2 USB-C portu
• 600 nit parlaqlıq
• Desk View funksiyalı 12 MP Center Stage kamera
• Studia keyfiyyətli üç mikrofon sistemi
• Əvvəlkindən 30 % daha dərin bas təqdim edən 6 dinamik
• 2 yüksək performanslı tweeter
• Opsional nano-tekstura şüşə
• 2 ədəd Thunderbolt 5 portu (kabel daxil)
• 2 USB-C portu
• 600 nit parlaqlıq
• Desk View funksiyalı 12 MP Center Stage kamera
• Studia keyfiyyətli üç mikrofon sistemi
• Əvvəlkindən 30 % daha dərin bas təqdim edən 6 dinamik
• 2 yüksək performanslı tweeter
• Opsional nano-tekstura şüşə
Bu yeniləmələr əsasən video zənglər, kontent istehsalı və gündəlik peşəkar iş axınını yaxşılaşdırmağa yönəlib. Ən böyük yenilik isə yeni Studio Display XDR modelidir. Bu monitor 2019-cu ildə təqdim edilən Apple Pro Display XDR modelini əvəz edir.
Yeni model bəzi ölçü və rezolyusiya dəyişikliklərinə baxmayaraq texnoloji baxımdan ciddi sıçrayış hesab olunur:
• mini-LED arxa işıqlandırma
• 120Hz yenilənmə tezliyi
• Adaptive Sync dəstəyi
• 2000 nit pik HDR parlaqlıq
• 1,000,000:1 kontrast nisbəti
• P3 və Adobe RGB geniş rəng gamutları
• mini-LED arxa işıqlandırma
• 120Hz yenilənmə tezliyi
• Adaptive Sync dəstəyi
• 2000 nit pik HDR parlaqlıq
• 1,000,000:1 kontrast nisbəti
• P3 və Adobe RGB geniş rəng gamutları
Xüsusilə 120Hz Adaptive Sync funksiyası əvvəlki Studio Display modellərində olmayan mühüm yenilikdir və video montaj, 3D animasiya, dizayn və film istehsalı kimi sahələrdə daha axıcı görüntü təmin edir.
Hər iki monitor üçün ön sifarişlər 4 mart 2026 tarixində ABŞ daxil olmaqla 34 ölkədə başlayacaq, satış isə 11 martdan etibarən start götürəcək.
• Studio Display — 1,599 dollar
• Studio Display XDR — 3,299 dollar
• Studio Display — 1,599 dollar
• Studio Display XDR — 3,299 dollar
Paylaş