Logo
    main-post-cover

    Apple yubiley turunu Çində davam etdirir

    Cihazlar+
    18.03.2026
    Sevinc
        Technote.az “Apple Insider” platformasına istinadən bildirir ki, Tim Cook şirkətin 50 illik yubileyi münasibətilə təşkil olunan qlobal tədbirlər turu çərçivəsində Çinə səfər edib. Tədbirin əsas dayanacaqlarından biri ölkənin qərbində yerləşən Çendu şəhərindəki Apple Chengdu Taikoo Li mağazası olub.
        Yubiley proqramı çərçivəsində mağaza qarşısında müğənni Kris Li (Li Yuçun) tərəfindən açıq hava konserti təşkil edilib. Xüsusi olaraq qurulmuş çoxsəviyyəli səhnədə baş tutan çıxış rəqs qrupu və dinamik səhnə platformaları ilə müşayiət olunub. Tədbirə yüzlərlə pərəstişkar qatılıb.
        Konsertdə şəxsən iştirak edən Tim Cook fanatlarla görüşüb, onlarla şəkillər çəkdirib və diqqətçəkən məqam kimi narıncı rəngli iPhone 17 Pro Max modeli ilə tamaşaçıların fotosunu özü də çəkib. Hələlik Cook səfərlə bağlı sosial şəbəkələrdə paylaşım etməsə də, tədbirin peşəkar şəkildə lentə alındığı və gələcəkdə yayımlana biləcəyi bildirilir.
    Paylaş