Logo
    main-post-cover

    Artemis II astronavtı Ayın “qaranlıq tərəfi”ni iPhone ilə çəkdi

    Cihazlar+
    07.04.2026
    Sevinj
        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, NASA-nın Artemis II missiyası çərçivəsində maraqlı və diqqətçəkən bir hadisə baş verib. Missiyanın komandiri Reid Wiseman Ayın Yerə görünməyən hissəsinin fotosunu iPhone 17 Pro ilə çəkib.
        Astronavt bu görüntünü Orion kosmik gəmisinin Ay ətrafında uçuşu zamanı əldə edib. Daha keyfiyyətli şəkil almaq üçün ekipaj kabin daxilində bütün işıqları söndürüb. Canlı yayım zamanı Wiseman çəkdiyi fotonu nümayiş etdirərək bildirib ki, şəkil iPhone-un kamerasında 8 qat yaxınlaşdırma ilə çəkilib. NASA-nın açıqlamasına görə, görüntüdə Ayın Yer üzündən görünməyən tərəfində yerləşən Chebyshev krateri əks olunub. Bu krater Ayın “qaranlıq tərəfi” adlandırılan hissəsində yerləşir və adi müşahidə ilə Yer üzündən görünmür.
        Artemis II missiyası 1 aprel tarixində start götürüb və 10 günlük uçuş planına malikdir. 6 aprel tarixində kosmik gəmi Yer kürəsindən 252,756 mil (təxminən 406 min km) uzaqlaşaraq yeni rekord müəyyən edib və Apollo 13 missiyasının rekordunu geridə qoyub. Missiya artıq Ay ətrafındakı uçuş mərhələsini tamamlayıb və Yerə qayıdışa başlayıb. Ekipajın 10 aprel tarixində Sakit okeanda, San Diego yaxınlığında suya eniş etməsi gözlənilir. NASA yaxın günlərdə Ayın görünməyən tərəfinə aid daha çox görüntülərin paylaşılacağını bildirib.
    Paylaş