Logo
    main-post-cover

    Astronavtlar kosmosda iPhone ilə çəkiliş etdi

    Cihazlar+
    06.04.2026
    Sevinj
        Technote.az “Apple Insider” platformasına istinadən bildirir ki, NASA Artemis II Ay missiyası zamanı astronavtların iPhone istifadə etməsinə icazə verib. Bu, ilk dəfədir ki, NASA iPhone-un kosmosda istifadə olunmasına rəsmi şəkildə icazə verir. Lakin bu qərar çox uzun və mürəkkəb test prosesindən sonra qəbul olunub.
    NASA's Artemis II Astronauts Took iPhones Into Space - The New York Times
        NASA kosmosa aparılan hər bir cihazı çox ciddi şəkildə yoxlayır. iPhone 17 Pro Max-in uçuş üçün təsdiqlənməsi 4 mərhələdən ibarət olub. Birinci mərhələdə cihaz təhlükəsizlik paneli tərəfindən ilkin yoxlamadan keçirilib. İkinci mərhələdə cihazın potensial riskləri araşdırılıb. Məsələn, qırılan şüşə, hərəkətli hissələr və ya digər təhlükəli komponentlər qiymətləndirilib. Çünki Yer üzündə şüşə qırıldıqda yerə düşür, lakin kosmosda şüşə parçaları havada uçaraq astronavtlar və avadanlıqlar üçün ciddi təhlükə yarada bilər.
        Üçüncü mərhələdə aşkar olunan risklərin qarşısını almaq üçün həll yolları hazırlanıb. Dördüncü və son mərhələdə isə bu həllərin işləyib-işləmədiyi test olunub. Bundan əlavə, cihaz radiasiya, temperatur və digər kosmik şəraitə davamlılıq baxımından da yoxlanılıb. NASA bildirib ki, iPhone-lar missiya üçün kritik avadanlıq sayılmır. Astronavtlar bu telefonlardan əsasən foto və video çəkiliş üçün istifadə edəcəklər. Təhlükəsizlik səbəbilə kosmosda iPhone-larda internet və Bluetooth bağlantısı deaktiv ediləcək.
        Qeyd edək ki, bundan əvvəl də bəzi özəl kosmik missiyalarda iPhone istifadə olunub. Məsələn, 2021-ci ildə Inspiration4 missiyasında iPhone ilə Yer kürəsinin şəkilləri çəkilmişdi. Hətta 2011-ci ildə son Space Shuttle missiyasında iPhone 4 cihazları eksperiment məqsədilə kosmosa aparılmışdı. Bu qərar göstərir ki, smartfonlar artıq təkcə gündəlik həyatın deyil, kosmik missiyaların da bir hissəsinə çevrilməyə başlayır.
    Paylaş