main-post-cover

    ASUS ROG NUC adlı mini gaming kompüter təqdim edilib

    Cihazlar+
    09.01.2024
    Emil Nəcəfov
         ASUS şirkəti CES 2024 sərgisi çərçivəsində öz mini gaming kompüterini təqdim edib. Bu mini gaming kompüter ASUS ROG NUC adını əldə edib. Sözügedən kompakt ölçülü gaming kompüter iki versiyada təqdim olunub. Birinci versiya Intel Core Ultra 7, ikinci versiya isə Intel Core Ultra 9 prosessoru vasitəsilə çalışır. Alıcılara həmçinin iki videokart modelindən birinə sahib versiyanın seçilməsi də təklif ediləcək. Söhbət, NVIDIA GeForce RTX 4060 RTX 4070-dən gedir. ASUS ROG NUC özündə DDR5-5600 formatlı 128 GB-a kimi RAM-ı birləşdirə bilər.
         Kompüterin gövdəsi 2.5 litr həcmindədir. Onun hissələrə ayrılaraq təkmilləşdirilməsini xüsusi təchizatdan istifadə etmədən də reallaşdırmaq olar. Bu mini gaming kompüter üstəlik HDMI 2.1, DisplayPort 1.4, Type-C (Thunderbolt 4), USB-A 2.0 girişlərinə və Wi-Fi 6E dəstəyinə sahibdir. Bütün bunlardan əlavə olaraq ASUS ROG NUC eyni anda 4 monitorla çalışmağı, Windows 11-i və Linux-u dəstəkləyir. Kompakt ölçülü gaming kompüterinin nə zaman və hansı qiymətə satışa çıxacağı barəsində məlumat verilməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    ASUS ROG Phone 8 və ROG Phone 8 Pro təqdim olunub - QİYMƏTİ
    asus-rog-phone-8-ve-rog-phone-8-pro-teqdim-olunub-qiymeti
    HP Omen Transcend 32 gaming monitoru təqdim edilib
    hp-omen-transcend-32-gaming-monitoru-teqdim-edilib
    Lenovo ThinkBook Plus Gen 5 Hybrid noutbuku təqdim edilib - QİYMƏTİ
    lenovo-thinkbook-plus-gen-5-hybrid-noutbuku-teqdim-edilib-qiymeti
    Acer Nitro 17 gaming noutbuku təqdim edilib
    acer-nitro-17-gaming-noutbuku-teqdim-edilib
    Samsung Smart Monitor M80D adlı yeni monitor təqdim edilib
    samsung-smart-monitor-m80d-adli-yeni-monitor-teqdim-edilib