Logo
    main-post-cover

    ASUS ROG Phone 7-nin real fotosu ortaya çıxıb

    Cihazlar+
    30.03.2023
    Emil
        İnsayderlər təqdimata hazırlaşan ASUS ROG Phone 7 gaming smartfonunun real fotosunu təqdim ediblər. Təqdim edilmiş fotoda smartfonun həm ön həm də arxa paneli əks olunub. Təqdim edilmiş fotodan belə qənaətə gəlmək olar ki, ROG Phone 7 xarici görünüşcə ROG Phone 6-dan heç də fərqlənməyəcək. Yeni smartfonun ekranı üzərində heç bir çıxıntı hissə olmayacaq. Ön kamera isə ekranın yuxarı hissəsindəki çərçivə üzərində yerləşəcək.
        Son məlumatlara əsasən ROG Phone 7 smartfonu 165 Hz-lik təsvir yenilənməsinə sahib 6.78 düym AMOLED ekran, Snapdragon 8 Gen 2 prosessoru, 16 GB-a kimi RAM, 512 GB-a kimi daxili yaddaş həcmi, 50 MP + 13 MP + 5 MP üçlü arxa kamera, 32 MP-lik ön kamera və 65 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, ASUS ROG Phone 7 smartfon seriyasının təqdimatı 13 aprel tarixində baş tutacaq.
    Paylaş
    Bənzər xəbərlər