main-post-cover

    ASUS ROG Phone 7 smartfonları Geekbench testlərindən keçiblər

    Cihazlar+
    16.03.2023
    Farid Pardashunas
        ASUS şirkətinin hələ təqdim olunmamış ROG Phone 7 smartfon seriyasının modelləri Geekbench testlərindən keçiblər. Geekbench testlərindən keçmiş smartfonlardan biri AI2205_B, digəri isə AI2205_C model nömrəsinə sahibdir. İnsayderlər bildiriblər ki, birinci model nömrəsi ROG Phone 7-yə, ikinci model nömrəsi isə ROG Phone 7 Pro-ya aiddir. Geekbench testlərindən keçmiş hər iki smartfon Snapdragon 8 Gen 2 prosessoruna və 16 GB RAM-a sahibdir.
        Maraqlısı ondadır ki, ROG Phone 7 modeli Geekbench-in bir və çox nüvəli testləri çərçivəsində ROG Phone 7 Pro-nun göstəricilərini geridə qoyub. Belə ki, ROG Phone 7 modeli Geekbench-in bir nüvəli testi çərçivəsində 2022 xal, çox nüvəli testi çərçivəsində isə 5719 xal toplayıb. ROG Phone 7 Pro-ya gəldikdə o, Geekbench-in bir nüvəli testi çərçivəsində 1969 xal, çox nüvəli testi çərçivəsində isə 5430 xal toplayıb. Məlumatda qeyd edilib ki, ROG Phone 7 Pro-nun daha aşağı göstəricilər sərgiləməsinin əsas səbəbi onun CPU-nun daha yüksək qızmaya məruz qalmasındadır.
        Daha əvvəlki məlumat sızıntılarına əsasən ASUS ROG Phone 7 modeli 165 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.8 düym AMOLED ekran ilə təchiz olunacaq və barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya ediləcək. Bununla yanaşı smartfonun 65 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareyaya sahib olacağı gözlənilir. ASUS ROG Phone 7 smartfon seriyasının nə zaman təqdim ediləcəyi barəsində hələ rəsmi bir məlumat verməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər