ASUS ROG Phone 8 Ultimate flaqman smartfonu Geekbench testlərindən keçib
Cihazlar+
26.09.2023
Emil Nəcəfov
Aprel ayında ASUS şirkəti ROG Phone 7 smartfon seriyasını təqdim etmişdi. Bu seriyaya ROG Phone 7 və ROG Phone 7 Ultimate modelləri daxil oldular. İndi isə şirkət aktiv şəkildə ROG Phone 8 smartfon seriyası üzərində çalışır. Məlum olub ki, yeni smartfon seriyasına daxil olacaq ROG Phone 8 Ultimate modeli Geekbench 6 testlərindən keçib.
Geekbench testləri sayəsində məlum olub ki, ROG Phone 8 Ultimate modeli Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışır. Geekbench testlərindən smartfonun 16 GB RAM-a sahib versiyası keçib. Lakin gözləntilərə əsasən şirkət ROG Phone 8 Ultimate modelinin 24 GB RAM-a sahib versiyasını da təqdim edəcək. Beləliklə bu smartfon Geekbench 6-nın bir nüvəli testi çərçivəsində 2213 xal, çox nüvəli testi çərçivəsində isə 7048 xal toplayıb. ASUS ROG Phone 8 smartfon seriyasının gələn il təqdim olunacağı gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei nova 13 və nova 13 Pro təqdim olunub - QİYMƏTİ
14 yaşlı bir uşağın ölümündə süni intellekt günahkar görülüb!