ASUS RTX 5070 Ti və RTX 5060 Ti 16GB modellərinin istehsalını dayandırdı
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, YouTube-da fəaliyyət göstərən Hardware Unboxed kanalı ASUS-un NVIDIA RTX 5070 Ti və RTX 5060 Ti 16GB videokart modellərinin istehsalını dayandırdığını bildirib. Kanalın iddiasına görə, ASUS bu qərarı qlobal yaddaş çatışmazlığı səbəbilə verib və hər iki model artıq şirkət daxilində “end of life” statusu alıb.
Hardware Unboxed bildirir ki, ASUS onlara RTX 5070 Ti modelinin ciddi təchizat problemi yaşadığını və buna görə də Prime və TUF Gaming kimi öz versiyalarının istehsalının dayandırıldığını açıq şəkildə deyib. Avstraliyadakı pərakəndə satıcılar da 5070 Ti modelinin artıq tərəfdaşlar və distribyutorlar vasitəsilə əldə olunmadığını və bu vəziyyətin ən azı ilin birinci rübü boyunca davam edəcəyini qeyd ediblər.
Eyni vəziyyət RTX 5060 Ti 16GB modeli üçün də keçərlidir. ASUS-un bu modeli də gələcəkdə istehsal etməyi planlaşdırmadığı bildirilir. Hər iki videokartın 16GB yaddaşa sahib olması, mövcud iqtisadi şəraitdə onların istehsal xərclərini daha da artırır. Kanalın fikrincə, bu modellərin il ərzində geri qayıtması ehtimalı olduqca aşağıdır.
NVIDIA isə mövzu ilə bağlı fərqli mövqe sərgiləyir. Şirkət Engadget-ə verdiyi açıqlamada bildirib:
“GeForce RTX videokartlarına tələbat yüksəkdir və yaddaş təchizatı məhduddur. Buna baxmayaraq, biz bütün GeForce SKU-larının göndərişini davam etdiririk və yaddaş mövcudluğunu artırmaq üçün təchizatçılarla sıx işləyirik.”
“GeForce RTX videokartlarına tələbat yüksəkdir və yaddaş təchizatı məhduddur. Buna baxmayaraq, biz bütün GeForce SKU-larının göndərişini davam etdiririk və yaddaş mövcudluğunu artırmaq üçün təchizatçılarla sıx işləyirik.”
Daha sonra Hardware Unboxed mövzuya aydınlıq gətirərək vurğulayıb ki, NVIDIA RTX 5070 Ti modelini rəsmi olaraq dayandırmayıb, sadəcə ASUS-un öz istehsal etdiyi bu model üzrə məhsullar EOL statusuna salınıb. Lakin pərakəndə bazarda heç bir AIB tərəfdaşından bu modelin tapılmaması, onu faktiki olaraq “ölü məhsul”a çevirir.
ASUS bu məsələ ilə bağlı açıqlama verən ilk NVIDIA AIB tərəfdaşıdır. Son şayiələrə görə, NVIDIA artıq tərəfdaşlarından videokartlar üçün yaddaşı özlərinin ayrıca tədarük etməsini tələb edə bilər.
Paylaş
Bənzər xəbərlər