
ASUS şirkəti ROG Phone 7D adlı yeni gaming smartfon seriyası üzərində çalışır
Bir neçə müddət bundan öncə ASUS şirkəti ROG Phone 7 smartfon seriyasını təqdim etmişdi. İndi isə şirkət daha bir gaming smartfon seriyası üzərində çalışır. Söhbət, ROG Phone 7D seriyasından gedir. Sözügedən smartfon seriyasına ROG Phone 7D ilə ROG Phone 7D Ultimate modellərinin daxil olacaqları gözlənilir. İnsayderlərin sözlərinə əsasən bu smartfonlar yay fəslində təqdim olunacaq. Onlar ilk növbədə Çin bzarında, daha sonra isə qlobal bazarda satışa çıxacaqlar. Texniki özəlliklərə gəldikdə isə insayderlər bildiriblər ki, onlar MediaTek Dimensity 9200+ prosessoru, 16 GB-a kimi RAM yaddaşı və 512 GB-a kimi daxili yaddaş həcmi ilə təchiz olunacaqlar. Digər özəlliklər baxımından isə ROG Phone 7D modelləri ROG Phone 7 modellərinə bənzəməlidirlər.
Paylaş
Bənzər xəbərlər