Logo
    main-post-cover

    ASUS Zenfone 10 flaqman smartfonu təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    30.06.2023
    Emil
        ASUS şirkəti Zenfone 10 flaqman smartfonunu təqdim edib. Təqdim edilmiş bu yeni flaqman smartfon öz kompakt ölçüsü ilə digərlərindən fərqlənir. Bununla yanaşı o, 8K keyfiyyətində video çəkmək imkanına sahib kamera ilə sudan və tozdan qorunan gövdəni əldə edib. İlk növbədə qeyd etmək lazımdır ki, Zenfone 10 modeli xarici görünüşcə keçən ilki Zenfone 9-dan heç fərqlənmir. Zenfone 10 modeli 144 Hz-lik təsvir yenilənməsinə sahib 2400x1080 piksel keyfiyyətli 5.9 düym AMOLED ekran ilə təchiz olunub.
        Ekranın yuxarı sol hissəsində ön kamera üçün kiçik dairəvi çıxıntı yerləşdirilib. Bununla yanaşı ekran Gorilla Glass Victus qoruyucu şüşəsi ilə əhatə olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1100 nit təşkil edir. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Zenfone 10-un gövdəsi IP68 standartı üzrə sudan və tozdan qorunur. Smartfon üstəlik özündə Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri, naqilli qulaqlıqlar üçün 3.5 mm-lik audiogirişi və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir.
        Əsas texniki göstəricilərə gəldikdə isə Zenfone 10 Snapdragon 8 Gen 2 prosessoru, 8/16 GB RAM, 128/256/512 GB daxili yaddaş həcmi, 50 MP (f/1.9 diafraqma, 2x2 PDAF avtofokus, 6 oxlu Gimbal stabilizasiyası, adaptiv elektron stabilizasiya) + 13 MP (120 dərəcə bucaq əhatəsi, Dual Pixel avtofokusu və elektron stabilizasiya), 32 MP-lik ön kamera və 30 vatt gücündə sürətli şarj texnologiyalı 4300 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon həmçinin 15 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir. Zenfone 10 Android 13 vasitəsilə çalışır. Smartfon artıq Avropa bazarında satışa çıxıb. Onun Avropa bazarındakı satış qiymətləri isə aşağıdakı kimidir.
    - 8 GB RAM + 128 GB yaddaş - 799 avro
    - 8 GB RAM + 256 GB yaddaş - 849 avro
    - 16 GB RAM + 512 GB yaddaş - 929 avro.
    Paylaş
    Bənzər xəbərlər