
ASUS Zenfone 10 flaqman smartfonunun keyfiyyətli fotoları təqdim edilib
ASUS şirkəti 29 iyun tarixində Zenfone 10 flaqman smartfonunu təqdim edəcək. İndi isə Evan Blass adlı məşhur insayder Zenfone 10-un rəsmi fotolarını təqdim edib. Təqdim edilmiş fotolardan da görmək olar ki şirkət sadəcə olaraq keçən ilki Zenfone 9-un bir qədər yaxşılaşdırılmış versiyasını hazırlamaq qərarına gəlib. Belə ki, Zenfone 10 modeli Zenfone 9-dan xarici görünüşcə heç də fərqlənmir. Zenfone 9 kimi Zenfone 10 da yastı ekrana sahib olacaq və ekranın yuxarı sol hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşəcək. Onu da qeyd etmək lazımdır ki, Zenfone 10 modeli kompakt ölçüyə sahib olacaq. Son rəsmi məlumatlara əsasən smartfon 5.9 düym ekran və Snapdragon 8 Gen 2 prosessoru ilə təchiz olunacaq.
Paylaş
Bənzər xəbərlər