
ASUS Zenfone 10 smartfonu Zenfone seriyasının son smartfonu ola bilər
İyun ayının sonunda ASUS şirkəti Zenfone 10 smartfonunu təqdim etdi. Şirkət Zenfone seriyası çərçivəsində əsasən 6 düym ekrana sahib kompakt ölçülü smartfonlar təqdim edir. Lakin son hesabata əsasən ASUS Zenfone seriyasını ləğv etmək qərarına gəlib. Kütləvi informasiya vasitələrinin vermiş olduqları məlumata əsasən ASUS öz biznesinin restrukturizasiyasını reallaşdırır və bu proses çərçivəsində Tayvan və Çindəki kompüter şöbələrində işçiləri ixtisar edir.
Şirkət daxili məktubda qeyd edilmişdi ki, ASUS ilk öncə kompüter şöbəsinin işçilərini Zenfone və ROG Phone seriyalarının smartfonları ilə məşğul olan komandalar arasında bölüşdürməyi planlaşdırırdı. Lakin nəticədə şirkət həmin işçiləri sadəcə ixtisar etmək qərarına gəldi. Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, Zenfone 10 smartfonu Zenfone seriyasının son smartfonu olacaq.
Paylaş
Bənzər xəbərlər