
ASUS Zenfone 10-un yeni fotoları və bəzi texniki göstəriciləri təqdim edilib
Cihazlar+
23.06.2023
Emil
İnternetdə ASUS Zenfone 10 flaqman smartfonu barəsində məlumatlar ortaya çıxmağa davam edir. Bu dəfə insayderlər sözügedən smartfonun yeni render fotolarını və onun bəzi texniki özəllikləri barəsində məlumatları təqdim ediblər. Beləliklə məlumata əsasən Zenfone 10 modeli xarici görünüşcə Zenfone 9-dan fərqlənməyəcək. Zenfone 10 da kompakt ölçülərə sahib olacaq və 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 5.9 düym AMOLED ekran ilə təchiz olunacaq.

Smartfon Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq və 8/16 GB RAM-a, 512 GB-a kimi daxili yaddaş həcminə, 5000 mAh enerji tutumlu batareyaya və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişə sahib olacaq. Bununla yanaşı insayderlər bildiriblər ki, Zenfone 10-un gövdəsi IP68 standartı üzrə sudan qorunacaq. Qeyd etmək lazımdır ki, Zenfone 10-un təqdimatı 29 iyun tarixində baş tutacaq.


Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Starship-in gələn il Marsa göndərilməsi ehtimalı 50% təşkil edir
