Logo
    main-post-cover

    ASUS Zenfone smartfon seriyasının ləğv ediləcəyi məlumatını təkzib edib

    Cihazlar+
    29.08.2023
    Emil
        Dünən məlumat ortaya çıxdı ki, ASUS Zenfone 10 smartfonu Zenfone seriyasının son modeli olacaq və şirkət bu smartfon seriyasını ləğv etmək qərarına gəlib. ASUS isə öz növbəsində ortaya çıxmış bu məlumatlara reaksiya verərək qeyd edib ki, onlar həqiqəti əks etdirmirlər. Şirkətin rəsmi bəyanatına əsasən o, Zenfone smartfon seriyasını ləğv etməyi planlaşdırmır və gələn il yeni Zenfone modelini təqdim etməyə hədəflənib. Bununla yanaşı şirkət əlavə edib ki, ROG Phone gaming smartfon seriyasında da yeni smartfonların təqdim edilməsinə davam ediləcək.
    Paylaş
    Bənzər xəbərlər