Avropa bazarı üçün büdcəli Redmi 12-nin texniki özəllikləri barəsində məlumat verilib

Avropa bazarı üçün büdcəli Redmi 12-nin texniki özəllikləri barəsində məlumat verilib

Mobil Cihazlar
25.05.2023 PAYLAŞIM

    Xiaomi-nin Redmi brendi Avropa bazarında yeni büdcəli smartfonunu satışa çıxartmağa hazırlaşır. Söhbət, Redmi 12-dən gedir. İndi isə insayderlər onun texniki özəllikləri barəsində məlumat veriblər. Onların sözlərinə əsasən Redmi 12 smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.79 düym TFT ekran ilə təchiz olunacaq.

    Smartfon MediaTek Helio G88 prosessoru vasitəsilə çalışacaq və özündə 4 GB RAM-ı, 128 GB daxili yaddaş həcmini (1 TB-a kimi microSD dəstəkli) və 18 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Bununla yanaşı smartfon naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişə sahib olacaq.


    Kameralara gəldikdə isə Redmi 12 smartfonu 50 MP + 8 MP + 2 MP üçlü arxa kamera və 8 MP-lik ön kamera ilə təchiz olunacaq. Smartfonun MIUI 13 interfeysli Android 12 vasitəsilə çalışacağı güman edilir. İnsayderlərin sözlərinə əsasən Redmi 12 Avropa bazarında 2 iyun tarixində təqdim ediləcək.



DAHA ÇOX


AnTuTu istifadəçilərin seçimləri əsasında may ayının ən yaxşı Android smartfonla..

AnTuTu bençmarkı istifadəçilərin seçimləri əsasında may ayının ən yaxşı Android smartfonlarının reyt..


Xiaomi 13 Ultra-nın qlobal versiyasının satış tarixi ilə qiyməti məlum olub..

Xiaomi şirkəti aprel ayında Xiaomi 13 Ultra flaqman smartfonunu Çin bazarında təqdim etmişdi.


Xiaomi qatlana bilən qapaqlı smartfon üzərində çalışır

Çindən olan şirkətlər artıq müəyyən müddətdir ki, özlərinin qatlana bilən smartfonlarını istehsal ed..


Büdcəli Redmi 12 smartfonunun bəzi texniki özəllikləri təsdiqlənib

Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi-nin Redmi brendi Avropa bazarında Red..


Samsung Galaxy F54 5G smartfonu təqdim edilib - QİYMƏTİ

Samsung şirkəti daha öncədən də söz verdiyi kimi bugün Hindistanda Galaxy F54 5G smartfonunu təqdim ..


Orta büdcəli OnePlus Nord N30 5G təqdim edilib - QİYMƏTİ

OnePlus şirkəti Nord seriyasının yeni modelini təqdim edib. Söhbət, OnePlus Nord N30 5G-dən gedir...

×