Logo
    main-post-cover

    Avropa bazarında LG UltraGear OLED 32GS95UX-B monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    04.06.2024
         LG şirkəti avropa bazarında yeni monitorunu təqdim edib. Təqdim edilmiş monitor LG-nin UltraGear seriyasına daxildir və o, LG UltraGear OLED 32GS95UX-B adlanır. Sözügedən monitor 31.5 düym ölçülü OLED ekranla təchiz olunub. İstifadəçi ekranı iki rejimdə istifadə edə bilər. Birinci rejim çərçivəsində ekran 480 Hz-lik təsvir yenilənməsinə sahib Full HD keyfiyyətində, ikinci rejim çərçivəsində isə 240 Hz-lik təsvir yenilənməsinə sahib 4K keyfiyyətində olacaq. Ekranın parlaqlıq səviyyəsi 275 nit təşkil edir.
         Lakin HDR kontentləri əks etdirən zaman onun parlaqlıq səviyyəsini 400 nit-ə kimi yüksəltmək mümkündür. Ekran DCI-P3 rəng diapazonunun 98.5%-ni əhatə edir və onun istifadəçi əməliyyatlarına reaksiya müddəti 0.03 millisaniyə təşkil edir. Ekran üstəlik NVIDIA G-SYNCAMD FreeSync Premium Pro texnologiyalarının dəstəklərinə sahibdir. Monitor özündə DisplayPort 1.4, HDMI 2.1, USB 3.0 Type-A, USB Type-B girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. LG UltraGear OLED 32GS95UX-B artıq Avropanın bəzi ölkələrində satışa çıxıb və onun qiyməti 1400 avro təşkil edir.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Avropa bazarında LG UltraGear OLED 32GS95UX-B monitoru təqdim edilib - QİYMƏTİ | Technote