
Avropa Birliyində smartfonlar fərdi şəkildə dəyişdirilə bilən batareyalara sahib olacaqlar
Bir neçə müddət bundan öncə Avropa Parlamenti tərəfindən elektron cihazların batareyaları ilə bağlı qəbul edilmiş yeni qanun layihəsi Avropa Şurası tərəfindən dəstəklənib. Yeni qanun layihəsinə əsasən 2027-ci ildən başlayaraq elektron cihazlar istifadəçilər tərəfindən fərdi şəkildə dəyişdirilə bilən batareyalar ilə təchiz olunmalı olacaqlar. Aydın məsələdir ki, Avropa Şurasının dəstəkləmiş olduğu yeni qnaun layihəsi yalnız Avropa Birliyi regionunu əhatə edir.
Lakin Apple və Samsung kimi böyük texnoloji şirkətlər müxtəlif regionlar üçün bir-birilərindən ciddi şəkildə fərqlənən cihazları satışa çıxartmırlar. Bu mövzuda məsələn iPhone-nun Avropa bazarında fərdi şəkildə dəyişdirilə bilən batareya, ABŞ bazarında isə ənənəvi batareya ilə təchiz olunacağını düşünmək bir qədər qəribə gəlir. Bununla belə qəbul edilmiş yeni qanun təkcə smartfonları deyil, həmçinin planşetləri, noutbukları, elektrikli samokatları, elektromobilləri və batareyalar vasitəsilə çalışan digər elektron cihazları əhatə edir.
Elektron cihazların istehsalçıları 2027-ci ilə qədər öz məhsullarının konstruksiyalarında elə şəkildə dəyişiklik etməlidirlər ki, istehlakçı heç bir xüsusi bacarığa və ya alətlərə ehtiyac duymadan onlardakı batareyaları fərdi əvəz edə bilsin. Nəzərə alsaq ki, müasir smartfonların konstruksiyalarında batareya gövdəyə sıx inteqrasiya edilir, bu yeni qanun layihəsi onların hazırlanma prosesinin sıfırdan təşkilini tələb edəcək.
Paylaş
Bənzər xəbərlər