Logo
    main-post-cover

    Avropa İttifaqı Huawei və ZTE-yə qarşı sərt addım atır

    Cihazlar+
    04.05.2026
    Sevinj
        Technote.az “TNW” platformasına istinadən bildirir ki, Avropa İttifaqı texnologiya və telekommunikasiya sahəsində mühüm addım atmağa hazırlaşır. Avropa Komissiyası üzv ölkələrə Çin şirkətləri olan Huawei və ZTE avadanlıqlarından istifadədən imtina etməyi yenidən tövsiyə edib. Bu dəfə isə məsələ sadəcə tövsiyə ilə məhdudlaşmaya bilər.
    Huawei to sell smartphone unit to Shenzhen government, others, sources tell  Reuters
        2020-ci ildə təqdim edilən “5G Cybersecurity Toolbox” çərçivəsində verilən tövsiyələr könüllü idi. Lakin son 6 ildə bu çağırışların gözlənilən nəticəni vermədiyi açıq şəkildə ortaya çıxıb. 2026-cı ilin 4 may tarixində verilən yeni açıqlamada isə bu mövqe daha geniş formada təqdim olunub. Artıq yalnız mobil şəbəkələr deyil, ümumilikdə “bağlantı infrastrukturu”, yəni fiber-optik şəbəkələr, peyk sistemləri və hətta sualtı internet kabelləri də bu məhdudiyyətlərə daxil edilə bilər.
        Ən kritik dəyişiklik isə budur ki, Avropa Komissiyası artıq bu məhdudiyyətləri qanuni öhdəliyə çevirməyə hazırlaşır. 2026-cı ilin yanvarında təqdim edilən yeni kibertəhlükəsizlik qanun layihəsinə əsasən:
    • “Yüksək riskli təchizatçılar”ın avadanlıqları şəbəkələrdən çıxarılmalıdır
    • Bunun üçün 36 aylıq keçid müddəti veriləcək
    • Qaydalara əməl etməyən ölkələr cərimələrlə üzləşə bilər
        Bu, faktiki olaraq Huawei və ZTE-nin Avropa telekommunikasiya bazarından mərhələli şəkildə çıxarılması deməkdir. Avropa Komissiyası hesab edir ki, bu şirkətlər digər təchizatçılarla müqayisədə daha yüksək təhlükə yaradır. Lakin əsas problem siyasi deyil, həm də iqtisadidir:
    • Bir çox ölkələr artıq bu şirkətlərin avadanlıqlarından geniş istifadə edir
    • Məsələn, Almaniyada 5G şəbəkələrinin təxminən 60 %-i Huawei avadanlıqları üzərində qurulub
    • Bu infrastrukturu dəyişmək milyardlarla avro xərc tələb edir
    Paylaş