
Xiaomi şirkəti keçən ay Çində Xiaomi 13 Ultra smartfonunu təqdim etmişdi. İndi isə şirkət onu Avropa bazarında satışa çıxartmağa hazırlaşır. İnsayderlərin verdikləri məlumata əsasən smartfon yaxın zamanda Avropa bazarında satışa çıxacaq. Lakin Xiaomi 13 Ultra Avropa bazarında hansı qiymətə satılacaq? İnsayderlər bu məlumatı təqdim ediblər. Onların sözlərinə əsasən Avropa bazarında smartfon 12 GB RAM və 512 GB daxili yaddaş versiyasında satışa çıxacaq. Onun qiyməti isə 1500 avro təşkil edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, Çin bazarında Xiaomi 13 Ultra 815-990 avroya satılır.