Logo
    main-post-cover

    Avropanın smartfon bazarı 2012-ci ilin səviyyəsinə düşüb

    Cihazlar+
    05.09.2023
        Avropanın smartfon bazarı ağır zamanlardan keçməyə davam edir. Counterpoint Research adlı analitik şirkətin məlumatlarına əsasən Avropada smartfon təchizatı 11 il bundan öncəki minimuma enib. 2023-cü ilin ikinci rübü növbəti eniş ilə yekunlaıb. Avropanın smartfon bazarı 2022-ci ilin eyni müddət aralığı ilə müqayisədə 12%, 2012-ci ilin eyni müddət aralığı ilə müqayisədə isə 6% ixtisar olunub. Bununla belə Qərbi Avropa vətəndaşları Şərqi Avropa vətəndaşlarından fərqli olaraq daha az smartfon əldə ediblər.
        Qərbi Avropada satışlar 14%, Şərqi Avropada satışlar isə 8% aşağı düşüb. Bazarın lideri kimi Samsung şirkəti qalır. Onun Avropa bazarındakı pay dəyəri 33% təşkil edir. Samsung-da satışların yüksəlməsinə baxmayaraq onun smartfon təchizatları 8% aşağı düşüb. Apple 23%-lik göstərici ilə ikinci yerdə qərarlaşıb. Üçüncü yeri isə 20%-lik göstərici ilə Xiaomi tutub. Realme siyahıda olan yeganə şirkətdir ki, Avropa bazarında təkcə pay göstəricisini deyil, həmçinin smartfon təchizatlarını da artıra bilib.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Avropanın smartfon bazarı 2012-ci ilin səviyyəsinə düşüb | Technote