Logo
    main-post-cover

    AWS-də soyutma problemi Coinbase və digər platformaları çökdürdü

    Cihazlar+
    08.05.2026
    Sevinj
        Technote.az “TNW” platformasına istinadən bildirir ki, Amazon-un bulud xidməti platforması olan AWS (Amazon Web Services) ABŞ-nin Şimali Virciniya bölgəsində yerləşən məlumat mərkəzlərindən birində yaranmış soyutma problemi səbəbilə genişmiqyaslı nasazlıqla üzləşib. Hadisə nəticəsində bir sıra məşhur platformaların xidmətlərində problemlər yaranıb. Onlardan biri də kriptovalyuta birjası Coinbase olub.
        AWS-in açıqlamasına görə nasazlığın əsas səbəbi məlumat mərkəzində temperaturun kritik səviyyəyə yüksəlməsi olub. Şirkət soyutma sisteminin yükü tam qarşılaya bilmədiyini bildirib. Bunun nəticəsində AWS bəzi serverlərin işini məhdudlaşdırmalı və trafikin bir hissəsini digər zonalara yönləndirməli olub.
    What You Need to Know About AWS Before Start Using It? | Softkit
        Şirkət bir neçə saat sonra əlavə soyutma gücünün aktivləşdirildiyini və sistemlərin mərhələli şəkildə bərpa olunmağa başladığını açıqlasa da, bütün xidmətlərin tam bərpasının gözlənildiyindən daha uzun çəkdiyini etiraf edib. Problemdən təsirlənən platformalardan biri olan Coinbase ticarət əməliyyatlarında yaranmış nasazlığın məhz AWS hadisəsi ilə əlaqəli olduğunu təsdiqləyib. Bir neçə saat davam edən problemlərdən sonra şirkət bazar əməliyyatlarının yenidən aktivləşdirildiyini açıqlayıb.
        Eyni vaxtda dünyanın ən böyük törəmə maliyyə bazarlarından biri olan CME Group da CME Direct platformasında problemlər yaşadığını bildirib. Şirkət səbəb kimi “texniki xidmət işləri”ni göstərsə də, AWS hadisəsi ilə əlaqə olub-olmadığı barədə açıqlama verməyib.
        Qeyd edək ki, AWS-in “US-East-1” adlanan Şimali Virciniya regionu şirkətin ən köhnə və ən çox istifadə olunan infrastrukturlarından biridir. Bu regionda yerləşən “Availability Zone” adlı zonalar bir-birindən müstəqil işləmək üçün nəzərdə tutulsa da, bir çox şirkət hələ də ehtiyat sistemlər olmadan yalnız bir zona üzərində fəaliyyət göstərir. Mütəxəssislər bildirirlər ki, bu cür yanaşma böyük platformaları daha həssas edir.
     
    Paylaş