Logo
    main-post-cover

    Ayaneo ilk Android oyun telefonunu təqdim etdi

    Cihazlar+
    11.12.2025
    Sevinc
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, retro oyun konsolları ilə tanınan Ayaneo nəhayət ki, ilk Android smartfonunun dizaynını rəsmən göstərib. Avqustdan bəri kiçik teaserlər ilə gündəmdə olan cihaz görkəmi ilə 2011-ci ilin məşhur Sony Ericsson Xperia Play modelinə nostalji bir dönüş yaradır.
    AYANEO Pocket Play Revealed: A Modern Twist on the Xperia Play - Retro  Handhelds
        Yeni smartfon Pocket Play adlanır və ekranı yuxarı sürüşdürdükdə tam fiziki oyun idarəetmə paneli ortaya çıxır. Bu paneldə D-pad, ABXY düymələri və iki dairəvi toxunma paneli yerləşdirilib. Cihazın arxa tərəfində isə ikiqat çiyin düymələri mövcuddur. Lakin görünən odur ki, 3.5 mm qulaqlıq girişi bu modeldə olmayacaq. Ayaneo hələlik cihazın texniki xüsusiyyətləri barədə heç bir məlumat paylaşmayıb. Şirkət sadəcə olaraq Pocket Play-in “tezliklə” satışa çıxacağını bildirir. Kickstarter səhifəsində də heç bir spesifikasiya qeyd edilməyib.
    Paylaş
    Bənzər xəbərlər