main-post-cover

    Azərbaycanda yenicə təqdim edilmiş HONOR 200 və HONOR 200 Pro nələrə qadirdir?

    Cihazlar+
    16.08.2024
    Farid Pardashunas

         Ötən həftə Azərbaycan bazarında təqdim olunan HONOR 200 və HONOR 200 Pro kamera tərəfində məhşur fransız fotostudiyası ilə işbirliyi edərək istifadəçilərinin bir xeyli marağına səbəb olmuşdu. Bəs texniki tərəfində bu cihazlar, hansı göstəricilərə sahibdir?

         Xüsusilə, kamera tərəfində diqqətləri özünə cəlb etməyi bacaran HONOR 200HONOR 200 Pro, müvafiq olaraq Sony IMX906 sensorundanHONOR Magic6 Pro telefonunun kamerasında olduğu kimi OmniVision H9000-dən istifadə edirlər. Modellər həmçinin 2.5x optik böyütmə və optik sabitləşdirməni özündə birləşdirən 50 MP telefoto kamera ilə təchiz ediliblər. 12 meqapiksellik ultra geniş bucaqlı kamera isə 112 dərəcəlik çəkiliş bucağına malikdir və 2.5 sm məsafədən super makroçəkilişlər həyata keçirə bilir.
         Portret rejimi tərəfində şirkət, məşhur fransız fotostudiyası olan Studio Harcourt ilə işbirliyi edərək və bu kameraları süni intellektlə təkmilləşdirərək istifadəçilərə inanılmaz çəkiliş performansı təqdim edir. Bu xüsusiyyət sayəsində klassik, rəngli canlı foto effektləri ilə portret rejimində müxtəlif şəkillər çəkmək mümkündür.
         HONOR 200 və HONOR 200 Pro, 3840 Hz PWM tezliyinə sahib AMOLED ekranla təchiz olunub. Bu PWM tezliyi, ekran titrəmələrini azaldaraq qaranlıqda istifadə zamanı göz yorulmalarını minimuma endirir. HONOR 200 Pro modeli, displeyi işıqlandırılma səviyyəsini daha dəqiq müəyyənləşdirilməsi üçün 2 sensorla təchiz olunub. Bu sensorlar, ətraf mühitin rəng temperaturundakı dəyişiklikləri təhlil edərək, ekrandakı rəng tonlarını yüksək dəqiqliklə tənzimləyə bilir. HONOR 200 və HONOR 200 Pro, uyğun olaraq 6.7 və 6.78 düymlük ekran ölçülərinə sahibdirlər. Bu da HONOR 200 Pro-nun ekranının HONOR 200 modelindən bir qədər böyük olduğunu deməyə əsas gətirir.
         Batareya tərəfində hər 2 cihaz da 5200 mAh-lik batareya təchiz edilmişdir. Əlavə olaraq, qutudan 100 W-lıq HONOR SuperChagre adapteri çıxır ki, bu adapterlə 50%-ə qədər şarjı 15 dəqiqə ərzində həyata keçirmək mümkündür. Simsiz şarja üstünlük verənlər üçün isə onu da qeyd edək ki, HONOR 200 Pro, 66 Vt-lıq naqilsiz şarjı dəstəkləyir.
         HONOR 200 Pro, performans tərəfində generativ süni intellekt funksiyalarını dəstəkləyən üçüncü nəsil Snapdragon 8s prosessoru ilə təchiz olunub. Qeyd edək ki, HONOR 200 modeli isə üçüncü nəsil Snapdragon 7 çipinə sahibdir. Hər 2 smartfonda 12 GB RAM 512 GB daxili yaddaşa malikdir. Əlavə olaraq, HONOR 200 modelinin 8/256 GB yaddaşa malik versiyası da mövcuddur. HONOR 200 və HONOR 200 Pro incə dizaynı, yüksək səsli stereo dinamikləri, HONOR Histen fəza səsi, eSIM dəstəyi və qabaqcıl MagicOS 8 əməliyyat sistemi ilə seçilir.
         Bəs bu göstəricilərə malik cihazlar Azərbaycan bazarında hansı qiymətlərlə təqdim olunur? Əldə etmək istəyən istifadəçilər üçün qeyd edək ki, ay işıyı ağı, qara və okean mavisi rənglərinə sahib HONOR 200 Pro-nun satış qiyməti 1900 AZN, ay işıyı ağı, zümrüdü yaşılı və qara rənglərinə sahib HONOR 200 modelinin 12/512 GB-lıq versiyasının satış qiyməti isə 1400 AZN təşkil edir. Sözügedən smartfonun 8/256 GB-lıq yaddaşa malik versiyası isə 1250 AZN qiymətlə təqdim olunur. Smartfonları 15 sentyabr tarixinə qədər əldə edənlər, xüsusi hədiyyələrdən də faydalana biləcəklər. Belə ki, istifadəçilər HONOR 200 alarkən HONOR CHOICE Watch, HONOR 200 Pro alarkən isə HONOR Watch 4-ü hədiyyə olaraq əldə etmək şansı qazanacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Azərbaycanda HONOR 200 və HONOR 200 Pro flaqman smartfonlarının satışına start verilib!
    azerbaycanda-honor-200-ve-honor-200-pro-flaqman-smartfonlarinin-satisina-start-verilib
    Honor 200 və Honor 200 Pro smartfonlarının qlobal versiyaları təqdim edilib - QİYMƏTİ
    honor-200-ve-honor-200-pro-smartfonlarinin-qlobal-versiyalari-teqdim-edilib-qiymeti
    Honor 200 və Honor 200 Pro təqdim edilib - QİYMƏTİ
    honor-200-ve-honor-200-pro-teqdim-edilib-qiymeti
    Honor 200 smartfonlarının texniki imkanları ətraflı şəkildə ortaya çıxıblar
    honor-200-smartfonlarinin-texniki-imkanlari-etrafli-sekilde-ortaya-cixiblar
    Honor 200 və Honor 200 Pro smartfonlarının qlobal bazarda təqdimatları anons edilib
    honor-200-ve-honor-200-pro-smartfonlarinin-qlobal-bazarda-teqdimatlari-anons-edilib