Logo
    main-post-cover

    Bahalı smartfonların istifadəçilərinin 69%-i öz cihazlarını gün ərzində bir neçə dəfə şarj edir

    Cihazlar+
    11.11.2022
    Emil
        Phone Arena saytı OnePlus şirkətinin aparmış olduğu yeni tədqiqata istinadən xəbər verib ki, ABŞ-dan olan smartfon istifadəçiləri öz cihazlarının batareyalarından narazıdırlar. Söhbət, məhz bahalı qiymətə alınmış smartfonlardan gedir. Belə ki, OnePlus şirkətinin aparmış olduğu sorğuda 1000 nəfər iştirak edib və həmin şəxslər son 1 il ərzində qiyməti 600$-dan başlamış smartfonlar alıblar. Aparılmış sorğu onu göstərib ki, istifadəçilərin 69%-i öz smartfonlarını gün ərzində minimum iki dəfə şarj edirlər. İstifadəçilərin 43%-i isə şarj sürətindən narazıdır. Digər məlumatlara nəzər yetirməmişdən öncə bir sıra faktoru dəqiqləşdirmək lazımdır. İlk öncə onu qeyd etmək lazımdır ki, istifadəçilərin öz smartfonlarını gün ərzində 2 dəfə və ya daha çox şarj etdikləri faktı əlavə əsaslı məlumat olmadan heç nəyi sərgiləmir.
        Məlumatda istifadəçilərin smartfonlarının öz enerjilərini tamamilə və ya az miqdarda sərf etmələri və istifadəçilərin məhz bu səbəblə öz cihazlarını gün ərzində 2 dəfə və ya daha çox şarj etmələri faktı qeyd edilməyib. Ola bilər ki, söhbət, istifadəçilərin istənilən vəziyyətdə öz smartfonlarını şarj etmələrindən gedir. Məsələn istifadəçilər öz smartfonlarını enerji səviyyəsinin 70% olduğu halda da şarja qoya bilərlər. Təqdim edilmiş statistika dolayı yolla o faktla təsdiqlənir ki, sorğuda iştirak etmiş şəxslərin 63%-i narahatdır ki, onların smartfonlarındakı batareyada olan enerji tamamilə sərf olunacaq və onlar nəticədə öz cihazlarını şarja qoymaq imkanına sahib olmayacaqlar.
        İkinci faktor ondan ibarətdir ki, statistikada istifadəçilərin konkret olaraq hansı smartfon modellərindən istifadə etdikləri qeyd edilməyib. ABŞ bazarının statistikasına nəzər salsaq, görərik ki, bazarın yarısı Apple şirkətinə məxsusdur. OnePlus tərəfindən aparılmış sorğuda isə yalnız 1 il bundan öncə yeni smartfon almış şəxslər iştirak ediblər. Bununla belə onların aldıqları smartfonların qiymətləri minimum 600$-dan başlayır. Başqa sözlə desək, statistikaya əsasən sorğuda iştirak etmiş şəxslərin yarısı yeni iPhone modellərinə sahibdirlər. Yeni iPhone modelləri isə köhnə modellər ilə müqayisədə şarj prosesindən sonra daha çox çalışa bilirlər. Sorğunun digər maraqlı faktoru ondan ibarətdir ki, insanların demək olar yarısı öz smartfonlarının şarj sürətlərindən narazıdır.
        Qeyd etmək lazımdır ki, Apple və Samsung smartfonlarında şarj sürəti o qədər də yüksək deyil. Sorğuda iştirak etmiş şəxslərin 64%-i qeyd edib ki, onlar öz smartfonlarını gecə ərzində şarja qoymağa üstünlük verirlər. İnsanların 33%-i isə düşünür ki, gecə ərzində smartfonun şarja qoyulması və ümumiyyətlə yüksək sürətli şarj smartfon batareyasına mənfi təsir göstərir. Həmçinin sorğuya əsasən istifadəçilərin 93%-i öz smartfonlarını evdə, 45%-i isə avtomobildə şarj edir. Onu da qeyd etmək lazımdır ki, sorğuda iştirak etmiş şəxslərin 75%-i bildirib ki, onlar üçün vacib olan məqam smartfon komplektində şarj cihazının olmasıdır. Bu məsələ ilə bağlı isə OnePlus şirkətinin tədqiqatında maraqlı bir nəticə ortaya çıxıb. Məlum olub ki, istehsalçıların çoxu öz smartfonlarının komplektlərinə şarj cihazı əlavə etmədikləri səbəbilə son 1 il ərzində ABŞ-da 193 milyon ədəd şarj cihazı alınıb.
    Paylaş
    Bənzər xəbərlər