Barmağa taxılan miniatür ağıllı saat təqdim olundu
Technote.az “GSMArena” platformasına istinadən bildirir ki, ağıllı üzüklər daşınan texnologiyaların yeni mərhələsi hesab olunur və Rogbid Fusion bu sahədə maraqlı bir keçid modeli kimi diqqət çəkir. Qurğu həm üzük, həm də saat formasında istifadə oluna bilən miniatür ağıllı saatdır.
Cəmi 20.6 × 21 × 8.2 mm ölçülərə və 14 qramdan bir qədər çox çəkiyə malik olan Rogbid Fusion barmaq üzərində rahatlıqla taxıla bilir. Qutudan çıxan Milanese tipli metal qayış sayəsində üzük kimi, əlavə neylon qayış ilə isə biləkdə saat kimi istifadə mümkündür. Metal orta çərçivəyə malik olan cihaz 5ATM suya davamlılıq sertifikatı ilə gəlir. Fitness imkanlarına gəldikdə isə Rogbid Fusion 100-dən çox idman rejimini dəstəkləyir. Real vaxt rejimində əsasən ürək döyüntüsü, addım sayı və məsafə ölçülür.
Ağıllı üzük/saat Bluetooth vasitəsilə həm Android, həm də iOS smartfonlarla qoşulur. Şirkətin məlumatına görə, batareya 5 günə qədər istifadə imkanı təqdim edir. Rogbid Fusion qara, gümüş və qızılı rənglərdə təqdim olunur və 49.99 dollar qiymət etiketi ilə Rogbid-in rəsmi saytında satışdadır.
Paylaş
Bənzər xəbərlər