
Beats Solo 4 naqilsiz qulaqlığının fotoları təqdim edilib
Cihazlar+
29.04.2024
Farid
Biz artıq dəfələrlə məlumat vermişik ki, Apple şirkətinə məxsus olan Beats brendi özünün yeni naqilsiz qulaqlığını təqdim etməyə hazırlaşır. Söhbət, Beats Solo 4-dən gedir. İndi isə Android Headlines saytı sözügedən yeni naqilsiz qulaqlığın fotolarını təqdim edib. Təqdim edilmiş fotolardan da görmək olar ki, Beats Solo 4 xarici görünüşcə hal-hazırda aktual olan Beats Solo 3-ə bənzəyəcək. Naqilsiz qulaqlıq bazara 3 gövdə rəngində satışa çıxacaq. Matte Black, Slate Blue və Cloud Pin.

Bununla yanaşı Beats Solo 4 USB-C girişinə və 3.5 mm-lik audiogirişə sahib olacaq. Yəni 3.5 mm-lik audiogiriş sayəsində qulaqlığı smartfona və digər cihazlara naqil vasitəsilə qoşmaq mümkün olacaq. Məlumatda qeyd edilib ki, bu naqilsiz qulaqlıq 40 mm-lik audio drayverlər ilə təchiz olunacaq və özündə ətraf səs-küyün aktiv boğulması funksiyası ilə Bluetooth 5.3-ni birləşdirəcək. Gözləntilərə əsasən Apple Beats Solo 4-ə həmçinin sürətli şarj texnologiyasının dəstəyini əlavə edəcək. Beats Solo 4-ün yaxın zamanda təqdim olunacağı gözlənilir.



Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Yeni iPad Pro M3-dən daha güclü prosessoru əldə edə bilər
Apple şirkəti yeni iPad planşetlərinin nə zaman təqdim olunacaqlarını artıq rəsmi şəkildə açıqlayıb

Proqram Təminatı
iOS 18-də OpenAI şirkətinin süni zəka ekosistemindən istifadə edilə bilər
Apple şirkəti iyun ayında baş tutacaq WWDC 2024 konfransı çərçivəsində iOS 18 əməliyyat sistemini təqdim edəcək.

Tech-Biznes
Honor Çinin smartfon bazarının liderinə çevrilib
International Data Corporation (IDC) şirkətinin analitikləri 2024-cü ilin birinci rübü üzrə Çinin smartfonlar bazarının göstəricilərini qiymətləndiriblər.

Digər
Apple, istehsal etdiyi məhsullarında "qanlı mineral" istifadə etdiyinə görə ittiham olunur!
Konqo Apple-ı məhsullarında qeyri-qanuni mədənçilik yolu ilə əldə edilən minerallardan istifadə etməkdə ittiham edib. Rəsmilərin sözlərinə görə, bu mədənlər milislərin və terror qruplarının maliyyələşdirilməsinə kömək edir.

Cihazlar+
İstifadəçilərin yeni modelə keçməməsi səbəbilə aktivləşdirilən iPhone modellərinin sayı günü-gündən azalır!
CIRP-nin yeni hesabatına görə, iPhone-ların aktivləşdirmə faizi son illərdə ən aşağı səviyyəyə çatıb. iPhone qiymətlərinin artması və digər amillərlə əlaqədar olaraq yeni modellərə keçid azalıb.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
