main-post-cover

    Beats Solo 4 və Solo Buds naqilsiz qulaqlıqları təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    01.05.2024
    Farid Pardashunas
         Apple şirkətinə məxsus olan Beats brendi öz yeni naqilsiz qulaqlıqlarını təqdim edib. Söhbət, Beats Solo 4 Solo Buds qulaqlıqlarından gedir. Hər iki naqilsiz qulaqlıq keyfiyyətli səsin təmin olunması, Google Apple şirkətlərinin itmiş əşyaların axtarılması servislərini və bir dəfə şarj olunandan sonra uzun müddət ərzində çalışmanı dəstəkləyirlər. İlk öncə Beats Solo 4 qulaqlığına nəzər salaq. Sözügedən qulaqlıq 40 mm-lik audio drayver ilə təchiz olunub və həcmli səs özəlliyini dəstəkləyir. Bununla yanaşı Beats Solo 4 özündə telefon danışıqları zamanı ətraf səs-küyün boğulmasına istiqamətlənmiş süni zəka funksiyalı mikrofonları birləşdirir.
         Qulaqlığın erqonomik materialdan hazırlanmış yumşaq hissələri ondan komfortlu şəkildə istifadəni təmin edirlər. Qulaqlığın gövdəsində səsin tənzimlənməsi, zənglərin qəbulu və Siri səsli köməkçisinin işə salınması düymələri mövcuddur. Məlumata əsasən Beats Solo 4 bir dəfə şarj olunandan sonra 50 saat ərzində çalışa bilir. 10 dəqiqəlik şarj prosesindən sonra isə qulaqlıq 5 saat ərzində çalışa bilir. Qulaqlıq həmçinin özündə USB-C girişini və 3.5 mm-lik audiogirişi birləşdirir. Bu girişlər vasitəsilə Beats Solo 4-ü smartfonlara və digər cihazlara naqil üzərindən qoşmaq mümkündür. Beats Solo 4 artıq sabah 200$ qiymətində satışa çıxacaq. İndi isə Beats Solo Buds qulaqlığına nəzər yetirək.
         Beats Solo Buds qulaqlıqları vakuum konstruksiyasına sahibdirlər. Məlumata əsasən qulaqlıqlarda lazer vasitəsilə kəsilmiş ventilyasiya sahələri səs keyfiyyətinin yüksəlməsinə, təzyiqinin isə azalmasına şərait yaradırlar. Bu naqilsiz qulaqlıqlar həmçinin telefon danışıqları zamanı ətraf səs-küyün boğulması funksiyasını dəstəkləyirlər. Solo Buds-ın gövdəsində Siri səsli köməkçisinin işə salınması üçün nəzərdə tutulmuş düymə mövcuddur. Lakin istifadəçi öz istəyinə uyğun olaraq xüsusi mobil tətbiq vasitəsilə həmin düyməyə digər əməliyyatl təyin edə bilər. Beats Solo Buds qulaqlıqları bir dəfə şarj olunandan sonra 18 saat ərzində çalışırlar. Qulaqlıqların şarj keysində 5 dəqiqə şarj olunmaları onların 1 saat ərzində çalışmalarına imkan verir. Beats Solo Buds iyun ayında 80$ qiymətində satışa çıxacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Yeni iPad Pro bazarın ən yaxşı OLED ekranını əldə edəcək
    yeni-ipad-pro-bazarin-en-yaxsi-oled-ekranini-elde-edecek
    İkinci nəsil Apple Vision Pro-nun təqribi çıxış müddəti açıqlanıb
    ikinci-nesil-apple-vision-pro-nun-teqribi-cixis-muddeti-aciqlanib
    Bütün iPhone 16 smartfonlarının xarici görünüşləri bir fotoda sərgilənib
    butun-iphone-16-smartfonlarinin-xarici-gorunusleri-bir-fotoda-sergilenib
    Apple, iOS 18 ilə tətbiqləri yeniləyir!
    apple-ios-18-ile-tetbiqleri-yenileyir
    Beats Solo Buds naqilsiz qulaqlığının fotoları təqdim edilib
    beats-solo-buds-naqilsiz-qulaqliginin-fotolari-teqdim-edilib