
Beats Solo Buds naqilsiz qulaqlığının fotoları təqdim edilib
Cihazlar+
29.04.2024
Farid
Android Headlines saytı Beats brendinin təqdimata hazırlaşan Solo 4 naqilsiz qulaqlığı ilə yanaşı həmçinin Beats Solo Buds naqilsiz qulaqlığının da fotolarını təqdim edib. Məlumata əsasən Solo Buds modeli Beats brendinin büdcəli naqilsiz qulaqlığı olacaq. Sözügedən qulaqlığın şarj keysinin USB-C girişinə sahib olacağı və qulaqlıqların özlərinin telefon zəngləri zamanı ətraf səs-küyün boğulması funksiyasına sahib mikrofonları əldə edəcəkləri gözlənilir. Bununla yanaşı Beats Solo Buds-ın Apple Find My və Google Find My Device sistemlərini dəstəkləyəcəyi güman edilir. Məlumata əsasən Beats brendinin bu yeni büdcəli naqilsiz qulaqlıları bir dəfə şarj olunandan sonra 18 saat ərzində çalışa biləcəklər. Beats Solo Buds-ın yaxın zamanda Beats Solo 4 ilə birgə təqdim olunacağı gözlənilir.



Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Huawei MateBook Fold ULTIMATE noutbuku təqdim edilib - QİYMƏTİ
