
BenQ Mobiuz EX381U gaming monitoru təqdim edilib
Cihazlar+
07.08.2024
Emil
BenQ şirkəti öz yeni böyük ölçülü gaming monitorunu təqdim edib. Şirkətin yeni monitoru BenQ Mobiuz EX381U adlanır. Beləliklə bu yeni monitor 144 Hz-lik təsvir yenilənməsinə sahib 4K keyfiyyətli 38 düym ölçülü Fast IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 600 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran DCI-P3 rəng diapazonunun 98%-ni əhatə edir.
Bu yeni monitor BenQ Shadow Enhance və Light Tuner texnologiyalarını dəstəkləyir. BenQ Shadow Enhance texnologiyası kompüter oyunlarındakı kölgələrin keyfiyyətlərini yaxşılaşdırmaq, Light Tuner texnologiyası isə oyunlardakı rəng diapazonunun düzgün şəkildə ayarlanmadığı səbəbilə yaranmış qaranlıq sahələri işıqlandırmaq üçün nəzərdə tutulub. Monitor özündə HDMI 2.1, DisplayPort 1.4, USB-C və USB-A girişlərini birləşdirir. BenQ Mobiuz EX381U-nun nə zaman və hansı qiymətə satışa çıxacağı barəsində məlumatlar daha sonra təqdim ediləcək.

Paylaş
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
