
BenQ PD2706QN professional monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
18.11.2024
Emil
BenQ şirkəti öz yeni professional monitorunu təqdim edib. Şirkətin bu yeni monitoru BenQ PD2706QN adlanır. Beləliklə bu yeni monitor 100 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 27 düym ölçülü IPS ekranla təchiz olunub. Ekran sRGB rəng diapazonunun 100%-ni, DCI-P3 rəng diapazonunun isə 95%-ni əhatə edir. Monitor özündə HDMI, DisplayPort və USB-C girişlərini birləşdirir. USB-C girişi vasitəsilə digər cihazları şarj etmək mümkündür. Bunun üçün o, 90 vatt çıxış gücünə sahibdir. BenQ PD2706QN artıq Çində satışa çıxıb və onun qiyməti 428$ təşkil edir. Monitorun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
