Logo
    main-post-cover

    BenQ Zowie XL2546X+ gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    22.11.2024
    Emil
         BenQ şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru BenQ Zowie XL2546X+ adlanır. Beləliklə bu yeni monitor 280 Hz-lik təsvir yenilənməsinə sahib 2080x1920 piksel keyfiyyətli 24.1 düym ölçülü Fast TN ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 320 nit təşkil edir. Monitor özündə DisplayPort 1.2, HDMI 2.0 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audio girişi birləşdirir. BenQ Zowie XL2546X+ artıq satışa çıxıb və onun qiyməti 500$ təşkil edir.
    Paylaş