Logo
    main-post-cover

    Bəzi Çin şirkətləri yeni qatlana bilən smartfonların hazırlanmasını dayandırıblar

    Cihazlar+
    16.11.2024
    Emil
         Sammobile saytının vermiş olduğu məlumata əsasən Çinin bir neçə smartfon istehsalçısı yeni qatlana bilən smartfonların hazırlanma prosesini ya dayandırıb ya da məhdudlaşdırıb. Səbəb isə ondadır ki, həmin istehsalçıların qatlana bilən smartfonlarına tələbat gözlənildiyindən daha aşağı olub. Bu ilin üçüncü rübündə Çində 2.23 milyon ədəd qatlana bilən smartfon satılıb. Bu isə 2023-cü ilin üçüncü rübündə satılmış qatlana bilən smartfonların sayından sadəcə 13.6% çoxdur. Məlumata əsasən yeni qatlana bilən smartfonların hazırlanmasını InfinixTecno kimi şirkətlər dayandırıblar.
         OPPO vivo şirkətlərinə gəldikdə isə onlar bu bazardan çıxmağı planlaşdırmasalar ki, bir müddət ərzində yeni qatlana bilən smartfonları hazırlamayacaqlar. Mütəxəssislərin fikirlərinə əsasən qatlana bilən smartfonlara olan hal-hazırki tələbat istehsalçıları bir neçə səbəbə görə qane etmir. İlk öncə məsələ qiymətdədir. Hal-hazırda bazarda büdcəli qatlana bilən smartfonlar yoxdur. İkinci səbəb isə texniki performans ilə bağlıdır. Standart flaqman smartfonlar çox zaman qatlana bilən smartfonlardan daha performanslı olurlar. Bura həmçinin kameraların çəkiliş keyfiyyətləri və smartfonların çalışma müddətləri də daxildir. Üçüncü səbəb isə qatlana bilən smartfonların ekranlarında qatlanma izi ilə bağlıdır. Alıcıları qatlana bilən smartfonlardakı bu mənfi özəllik heç də qane etmir.
    Paylaş