Logo
    main-post-cover

    Bəzi iPhone 14-lər öz batareyalarının həcmlərini sürətlə itirməyə başlayıblar

    Cihazlar+
    03.08.2023
    Emil
        Müxtəlif iPhone 14 modellərinin istifadəçiləri smartfonlarındakı batareyaların öz həcmlərini sürətlə itirmələrindən şikayətlənməyə başlayıblar. Təqdim edilmiş screenshot fotolara əsasən bəzi iPhone 14 modelləri 10 aylıq istifadədən sonra batareyanın yenilənməsi üçün servis mərkəzinə müraciət edilməsini tələb edirlər. Qeyd etmək lazımdır ki, iPhone 14 smartfon seriyası keçən ilin 16 sentyabr tarixində təqdim edilmişdi. Buna görə də ən köhnə iPhone 14 modelinin istifadə müddəti 11 aydan çox olmamalıdır.
        Lakin buna baxmayaraq iPhone 14 modellərindən bəziləri üçün artıq batareyanın əvəzlənməsi tələb edilir. İstifadəçilər internetdə smartfonlardakı sistemdə batareya həcminin vəziyyəti səhifəsinin screenshot fotolarını paylaşmağa başlayıblar. Paylaşılmış screenshot fotolarda smartfonlardakı batareyaların həcmlərinin 10% və ya daha çox azaldığı əks olunub. Məsələn istifadəçilərdən birində iPhone 14-ün batareya həcmi 87%-ə düşüb. Apple şirkəti bu mövzuya hələ heç bir reaksiya verməyib.
    Paylaş
    Bənzər xəbərlər