Logo
    main-post-cover

    Bəzi iPhone 14-lərin USB Type-C dəstəkli versiyaları satışa çıxa bilər

    Cihazlar+
    18.08.2023
    Emil
        Ortaya çıxan məlumat sızıntılarından belə qənaətə gəlmək olar ki, Apple iPhone 15-də Lightning girişini dəqiq şəkildə USB Type-C ilə əvəz edəcək. Lakin insayderlərin vermiş olduqları yeni məlumata əsasən USB Type-C girişinə həmçinin hal hazırda aktual olan bəzi iPhone modelləri də keçid edə bilərlər. Buna tvOS 17 əməliyyat sisteminin test versiyasındakı bir neçə sətr kod işarə edir. İnsayderlər bildiriblər ki, tvOS 17-nin 5-ci beta versiyasında bütün iPhone 15 modellərinin adları əks olunub.
        iPhone 15, iPhone 15 Plus, iPhone 15 Pro və iPhone 15 Pro Max. Müvafiq olaraq sözügedən smartfonlar 15.4, 15.5, 16.1, 16.2 indekslərinə sahibdirlər. Lakin bununla belə tvOS 17-nin beta versiyasındakı proqram təminatı kodunda 14.1 14.9 indekslərinə sahib bilinməyən iPhone modelləri də əks olunublar. Sözügedən indekslər hal hazırda aktual olan iPhone 14 mdoellərinə işarə edirlər. İnsayderlərin fikirlərinə əsasən söhbət, iPhone 14 ilə iPhone 14 Plus-dan gedir.
        Çox güman ki, şirkət bu smartfonların USB Type-C girişinə sahib versiyalarını satışa çıxaracaq. Bu isə öz növbəsində Avropa Birliyinin bütün elektron cihazlar üçün vahid USB Type-C girişi qanununa riayət etməyə imkan verəcək. Qeyd etmək lazımdır ki, sözügedən qanun gələn ilin payız fəslində qüvvəyə minəcək. Buna görə də növbəti iPhone SE modelinin də USB Type-C girişi ilə təchiz olunacağı ehtimalı çox yüksəkdir. 
    Paylaş
    Bənzər xəbərlər