Bir çox regionların bazarlarında Huawei smartfonlarının qıtlığı yaşanır

Bir çox regionların bazarlarında Huawei smartfonlarının qıtlığı yaşanır

Mobil Cihazlar
05.05.2021 PAYLAŞIM

    Huawei şirkətinin smartfonlar bazarındakı payı getdikcə azalır. Buna əsas səbəb isə ABŞ hökuməti tərəfindən olan sanksiyalardır. Həmin sanksiyaların nəticəsində şirkət smartfon istehsalında problemlər ilə qarşılaşıb. Belə ki, o, digər şirkətlərdən vacib smartfon komponentlərini ala bilmir. Şirkət mobil bazarda öz mövqelərini tam itirməmək üçün əlindən gələni edir və hətta yaxın zamanda P50 smartfon seriyasının təqdimatı üzərində çalışır. Bu, şirkətin mümkün qədər uzun müddət ərzində sağ qalması üçün edilir. Bununla da şirkət ümid edir ki, yaxın zamanda ABŞ hökumətinin fikri dəyişə bilər...

    Hal hazırda Çindən başqa digər regionların mağazalarında Huawei smartfonları demək olar tükənib. Eyni hal yaxın zamanda Çin bazarında da müşahidə olunacaq. Verilmiş məlumata əsasən Çin üzrə satıcılar Huawei pərəstişkarlarına yeni məhsul təklif edə bilmirlər. Hal hazırda bir sıra mağazalarda yalnız Huawei şirkətinin yalnız 2-3 smartfon modeli mövcuddur. Digər mağazalarda isə ümumiyyətlə satışda 1 model qalıb. Yaxın zamanda satıcılar Huawei smartfonlarından məhrum olacaqlar. Belə ki, şirkətin ehtiyat smartfonlarının sayı bitmək üzrədir.


    Bir neçə müddət bundan öncə Huawei şirkətinin mobil biznesinin direktoru qeyd etmişdi ki, son 1 il ərzində ABŞ hökuməti şirkətə qarşı 4 dəfə sanksiya tətbiq edib. Bu isə öz növbəsində onun biznesinə çox ciddi zərbə vurub. Bu sanksiyalar Apple şirkətinə üstünlük verib və bunun sayəsində o, Çin bazarında premium smartfonlar üzrə liderliyi özünə qaytarır. Orta büdcəli smartfonlar bazarını öz aralarında Xiaomi, OPPO Vivo şirkətləri bölürlər. Qlobal bazara gəldikdə isə Huawei-yə qarşı olmuş sanksiyalardan ən çox udan tərəf məhz Samsung olub.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Məşhur analitik qatlana bilən iPhone barəsində yeni məlumatlar verib

Məşhur analitik Ming-Chi Kuo öz yeni hesabatında Apple şirkətinin ilk qatlana bilən smartfonu barəsi..


Galaxy S21-in maya dəyərinin Galaxy S20-nin maya dəyərindən daha aşağı olduğu mə..

Counterpoint Research şirkətinin analitikləri Galaxy S21 ilə Galaxy S20 flaqman smartfonlarının iste..


Redmi-nin ilk gamer smartfonu K40 Gaming Edition təqdim olunub - QİYMƏTİ

Xüsusi təqdimat tədbiri çərçivəsində Redmi brendi özünün ilk gamer smartfonunu təqdim edib...


Apple yeni qatlana bilən smartfon dizaynını patentləşdirib

Apple yeni qatlana bilən smartfon dizaynını patentləşdirib. Patent sənədinə əsasən cihazın ekranı xa..


Məşhur analitik 2023-cü il iPhone modellərində olacaq dəyişikliklərdən xəbər ver..

Bu il təqdim olunacaq iPhone 13 barəsində məlumatların ortaya çıxmaqda davam etdiyi bir vaxtda məşhu..


Xiaomi Mi Mix 4 flaqman smartfonunun render fotosu təqdim olunub

Ice Universe ləqəbli məşhur çinli insayder hələ təqdim olunmamış Mi Mix 4 smartfon modelinin keyfiyy..

×