Logo
    main-post-cover

    Bir istifadəçi iPhone 16 Pro-nun arxa hissəsini tamamilə şəffaf bir hala gətirməyi bacarıb! (VİDEO)

    Cihazlar+
    09.10.2024
    Aslan

         Phone Repair Guru adlı bir YouTuber qalliumdan istifadə edərək iPhone 16 Pro-nı şəffaf bir hala gətirməyi bacarıb. Bu yolla telefonun daxili komponentləri üzə çıxaraq ona daha estetik bir görünüş verib.

         Qallium, son dövrlərdə texnologiyada populyar bir materiala çevrilib. Maye formada olan bu element, iPhone 16 Pro modelinin arxa panelindəki təkrar emal olunmuş alüminiumu zəiflədərək ona şəffaf bir görünüş qazandırıb. Qalliumun arxa panel ilə qarşılıqlı təsiri, metalı yavaş-yavaş əridərək bir amalgam yaradıb.
         Bu proses paneli sanki yox edəcək qədər zəiflədir və cihazın daxili komponentlərinin bütün parlaqlığı ilə görünməsinə imkan verir. Həmçinin, YouTuber MagSafe aksesuarı vasitəsilə cihazın simsiz şarj bobinini çıxarmağı da bacarıb. Bütün bu əməliyyatlar nəticəsində, iPhone-un daxili quruluşu göz önünə çıxıb.
         Ancaq qeyd etmək lazımdır ki, bu cür əməliyyatlar hər kəs üçün uyğun deyil. Apple-ın yüksək qiymətli təmir siyasəti və cihazın bu cür əməliyyatlar zamanı zədələnmə ehtimalı, belə layihələrə başlamazdan əvvəl iki dəfə düşünməyi tələb edir. Yenə də, iPhone 16 Pro-nun şəffaf bir versiyasının necə görünəcəyini maraq edənlər üçün bu gözəl bir nümunə olub.
         Nəticəyə baxsaq, Phone Repair Guru-nun eksperimental işi, iPhone 16 Pro-nun daxili komponentlərinin nə qədər zərif yerləşdirildiyini göstərdi. Apple-ın Desert Titanium kimi rəng seçimləri əvəzinə şəffaf bir model istehsal etməsi, istifadəçilər arasında böyük maraq doğura bilərdi.
    Paylaş
    Bənzər xəbərlər