main-post-cover

    Bir istifadəçi, iPhone-nun suya davamlılığının marketinq hiləsi olduğunu bildirərək Apple-a qarşı iddia qaldırıb!

    Cihazlar+
    09.09.2024
    Farid Pardashunas

         Apple, uzun illərdir ki, iPhone modellərində suya davamlılıq vəd edir. Ancaq yeni bir hadisəyə görə, şirkət maye təması nəticəsində zədələnən iPhone-un zəmanət müddətini keçdiyini bildirib. Bu çərçivədə şirkətə qarşı iddia qaldırılıb.

         Kanadada açılan yeni iddia, Apple-ın su ilə təmasda olan iPhone-ları təmir etməməsi ilə bağlıdır. Araşdırmalara görə, texnologiya nəhəngi, iPhone-ların suya davamlı olduğunu iddia etdiyi üçün su təmaslı təmir xərclərini ödəməlidir.
         LPC Avocats tərəfindən açılan iddia, iPhone istifadəçisinin hovuzda yaşadığı problemi ələ alır. Məlumata görə, istifadəçi telefonunu Apple şirkəti tərəfindən təmir etdirməyə çalışarkən ona mayenin təması nəticəsində yaranan zədələrin zəmanət altına alınmadığı cavabını alıb. Buna görə də Apple-ın pulsuz təmirdən imtina etdiyi ortaya çıxıb. İstintaq isə Apple-ın qərarına qarşı çıxaraq iPhone-un suya davamlılığı ilə bağlı marketinq hiyləsini tənqid edir. Hesabatda qeyd edilir: “Apple, iPhone-un hovuza düşdüyü təqdirdə heç bir şey olmayacağının reklamını edir, lakin daha sonra maye təmasının zəmanət daxilində olmadığını bildirir”.
         İddia, Apple-dan maye təması bəndini zəmanət şərtlərindən çıxarmağı və sudan zədələnmiş telefonlar üçün müştərilərə pul ödənməsini tələb edir. Buna görə, istifadəçilərin 500 dollara qədər təzminat ala biləcəyi bildirilib. İddiaçının ifadəsinə görə, maye təması bağlı zəmanət bəndi Apple-ın öz reklamları ilə ziddiyyət təşkil edir. Bu, istehlakçıların hüquqlarının müdafiəsi qanunlarını pozur. İddialara görə, Apple uzun illərdir ki, iPhone-ların suya batırıla biləcəyini bəyan edir, lakin maye ilə təmasda olan təmir xərclərini qarşılamır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Yeni dünya rekordu: Dünyanın ən böyük iPhone 15 Pro Max-ı hazırlanıb (VİDEO)
    yeni-dunya-rekordu-dunyanin-en-boyuk-iphone-15-pro-max-i-hazirlanib-video
    Apple heç bir AR dəstəyinə sahib olmayan smart eynək üzərində çalışır
    apple-hec-bir-ar-desteyine-sahib-olmayan-smart-eynek-uzerinde-calisir
    Oktyabr ayında yeni iPad mini planşetinin təqdimatı gözlənilir
    oktyabr-ayinda-yeni-ipad-mini-plansetinin-teqdimati-gozlenilir
    iPhone 16 Pro-nun standart versiyası 128 GB daxili yaddaşa sahib olmayacaq
    iphone-16-pro-nun-standart-versiyasi-128-gb-daxili-yaddasa-sahib-olmayacaq
    Apple fərdi 5G modemini gələn il bəzi iPhone-larına inteqrasiya edə bilər
    apple-ferdi-5g-modemini-gelen-il-bezi-iphone-larina-inteqrasiya-ede-biler