main-post-cover

    Bir vaxtlar satış rekordları qıran Nokia 2300 modernləşdirilərək yenidən satışa çıxarılır!

    Cihazlar+
    16.10.2024
    Farid Pardashunas

         Hazırda Nokia markasının lisenziyasına sahib olan HMD Global şirkəti, bir zamanlar əfsanə olan markanın nostalji cihazlarını yenidən canlandırmağa davam edir. Şirkət indi də bir dövrün unudulmaz mobil telefonu olan Nokia 2300 modelini yeniləyir.

         Yenilənmiş Nokia 2300 versiyası, klassik modelin dizayn xəttini izləyir və kompakt bir formata fokuslanır. Yenilənmiş ekranı olan model, klaviaturasını da tənzimləyərək daha müasir bir görünüş qazanır. Cihazın sızdırılan "bulanıq" görüntüsü, gözlənilən telefonun yenilənmiş dizaynı haqqında əhəmiyyətli ipucları verir. Cihaz, orijinal modelə bənzəsə də, bəzi yeniliklər də gətirir. Tanış olduğumuz ağıllı telefonlardan fərqli olaraq, bu "ağıllı olmayan" mobil telefon həm daha böyükdür, həm də rəngli ekranı və arxa kamerası ilə seçilir.
         Nokia 2300 modelinin 2.4 düymlük ekranı, QVGA kamerası, 1.000 mAh batareyası 4 MB daxili yaddaşı olacağı gözlənilir. Bu gün üçün çox zəif görünən bu xüsusiyyətlər, əsasən yalnız zənglər və qısa mesajlarla maraqlanan məhdud istehlakçı qrupu üçün nostalji bir təcrübə təqdim edir.
         İlk dəfə 2003-cü ildə satışa çıxarılan Nokia 2300 modeli, o dövrdə xüsusilə Çin, Hindistan və Rusiya kimi ölkələrdə çox populyar olmuşdu. FM radio və polifonik zəng melodiyaları kimi dövrün yenilikçi texnologiyalarını istifadəçilərə təqdim edən bu cihaz, çox yaxın zamanda yenilənmiş versiyası ilə qarşımıza çıxmağa hazırlaşır. Lakin hələlik cihazın çıxış tarixi məlum deyil.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    HMD Global şirkəti subflaqman smartfonunu təqdim etməyə hazırlaşır
    hmd-global-sirketi-subflaqman-smartfon-uzerinde
    HMD Aura 2 smartfonunun render fotosu və texniki imkanları təqdim eidlib
    hmd-aura-2-smartfonunun-render-fotosu-ve-texniki-imkanlari-teqdim-eidlib
    HMD Vibe Pro smartfonu barəsində məlumatlar verilib
    hmd-vibe-pro-smartfonu-baresinde-melumatlar-verilib
    Modul tipli HMD Fusion smartfonu təqdim edilib - QİYMƏTİ
    modul-tipli-hmd-fusion-smartfonu-teqdim-edilib-qiymeti
    Əfsanəvi Nokia Lumia 1020-nin davamçısı hazırlanır
    efsanevi-nokia-lumia-1020-nin-davamcisi-hazirlanir