
BlackBerry brendi artıq uzun zamandır ki, bizləri yeni məhsullarla sevindirmir. Bundan əlavə olaraq bir neçə gün bundan öncə şirkət rəsmi şəkildə BlackBerry OS əməliyyat sisteminin dəstəyini də dayandırdı. Bu hadisədən sonra bir çoxları düşündülər ki, bu, BlackBerry-nin sonu deməkdir. Lakin bu belə deyil. BlackBerry brendi altında smartfon istehsalı lisenziyasına sahib olan Onward Mobility şirkəti 2021-ci ildə söz vermişdi ki, o, 5G dəstəyinə sahib yeni BlackBerry smartfonunu təqdim edəcək. 5G dəstəyindən əlavə olaraq yeni BlackBerry smartfonu həmçinin fiziki klaviatura ilə də təchiz olunmalıdır.
Lakin keçən il yeni BlackBerry modeli təqdim olunmadı. Onward Mobility şirkətinin verdiyi məlumata əsasən 2021-ci il şirkət üçün o dərəcədə çətin bir il oldu ki, o, smartfon istehsalı ilə məşğul ola bilmədi. Lakin buna baxmayaraq yeni smartfonun təqdimatı 2022-ci ildə baş tutacaq. Gözləntilərə əsasən yeni BlackBerry smartfonu Şimali Amerika, Avropa və Asiya kimi bəzi regionlarda satışa çıxacaq. Məlumata əsasən Onward Mobility yeni BlackBerry üzərində Foxconn FIH Mobile şirkəti ilə birlikdə çalışır.
Şərh yoxdur