Logo
    main-post-cover

    BlackBerry ruhu geri qayıdır: Clicks Communicator CES-də təqdim olundu

    Cihazlar+
    08.01.2026
    Sevinc
        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, BlackBerry tipli fiziki klaviaturalı telefonlar yenidən gündəmə gəlir. Mobil klaviatura istehsalçısı Clicks Technology CES sərgisində ilk smartfonu olan Communicator modelini təqdim edib. 499 dollarlıq bu cihaz fiziki klaviatura və mesajlaşmaya fokuslanan dizaynı ilə seçilir. Şirkət eyni zamanda istənilən smartfona taxıla bilən 79 dollarlıq sürüşən klaviaturanı da satışa çıxarır.
    The Clicks Communicator is a BlackBerry for your phone | The Verge
        TechCrunch komandası CES zamanı Clicks-in həmtəsisçisi və marketinq direktoru Jeff Gadway ilə görüşərək telefonun əl işi prototipini sınaqdan keçirib. Cihaz Android 16 əməliyyat sistemi ilə işləyir və minimalist interfeysi ilə tanınan Niagara Launcher ilə inteqrasiya olunub. Communicator dəyişilə bilən arxa qapaqlara, nano-SIM və microSD (2 TB-a qədər) dəstəyinə, 4000 mAh silikon-karbon batareyaya və təxminən 170 qram çəkiyə malikdir. Fiziki düymələr toxunuş baxımından rahatdır və son versiyada daha “clicky” olması planlaşdırılır. Xüsusi “Signal Light” düyməsi isə vacib bildirişləri rənglə xəbər verir.
        Telefon 4.03 düymlük AMOLED ekran, 50 MP arxa kamera, 24 MP ön kamera, MediaTek 4 nm 5G prosessor, 8 GB RAM, simsiz və naqilli sürətli enerji yığma imkanları təqdim edir. Cihaz 5 il təhlükəsizlik və Android yeniləmələri alacaq və 2026-cı ilin ikinci yarısında satışa çıxması gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər