main-post-cover

    Böyük ekranlı yeni iPad Air-in ekran texnologiyası məlum olub

    Cihazlar+
    19.04.2024
    Farid Pardashunas
         Apple şirkəti yaxın zamanda yeni iPad planşetlərini təqdim edəcək və onların arasında yeni iPad Air modeli də olacaq. Şirkət iPad Air modelini iki versiyada təqdim etməlidir. İkinci versiya iPad Air seriyasında ən böyük ekrana sahib olacaq. Söhbət, 12.9 düym ölçülü ekrandan gedir. İndi isə Ross Young adlı məşhur insayder 12.9 düym ekranlı iPad Air barəsində bir maraqlı məlumatı çatdırıb. Beləliklə insayderin sözlərinə əsasən 12.9 düym ekranlı iPad Air modelinin ekranı mini-LED texnologiyası əsasında hazırlanmış ekran olacaq. Qeyd etmək lazımdır ki, hal-hazırda aktual olan 12.9 düym ekranlı iPad Pro-nun da ekranı mini-LED texnologiyası əsasında hazırlanıb. Məlumatda qeyd edilib ki, mini-LED sayəsində iPad Air-in ekranı enerji sərfiyyatı mövzusunda daha effektivli olacaq. iPad Air-in adi versiyasına gəldikdə isə onun 10.9 düym ölçülü ekranla təchiz olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    iPhone 17 Plus-ın ekranı iPhone 15 Plus-ın ekranından daha kkiçik ola bilər
    iphone-17-plus-in-ekrani-iphone-15-plus-in-ekranindan-daha-kkicik-ola-biler
    iPhone 16 Pro-da minimal daxili yaddaş həcmi 128 GB olmayacaq
    iphone-16-pro-da-minimal-daxili-yaddas-hecmi-128-gb-olmayacaq
    Apple şirkətinə qarşı 1 milyard dollar dəyərində məhkəmə iddiası qaldırılıb
    apple-sirketine-qarsi-1-milyard-dollar-deyerinde-mehkeme-iddiasi-qaldirilib
    Apple M4 prosessorları süni zəka dəstəyinə sahib olacaqlar
    apple-m4-prosessorlari-suni-zeka-desteyine-sahib-olacaqlar
    iPhone 16 Plus-ın hansı gövdə rənglərinə sahib olacağı məlum olub
    iphone-16-plus-in-hansi-govde-renglerine-sahib-olacagi-melum-olub