
Böyük ölçülü LG UltraGear OLED 45GX90SA gaming monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
21.04.2025
Emil
LG şirkəti böyük ölçülü yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru LG UltraGear OLED 45GX90SA adlanır. Beləliklə bu yeni monitor 240 Hz-lik təsvir yenilənməsinə sahib 3440x1440 piksel keyfiyyətli 45 düym ölçülü WOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 275 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.03 millisaniyə təşkil edir. Monitor özündə NVIDIA G-SYNC və AMD FreeSync Premium texnologiyalarının dəstəklərini birləşdirir.

Monitorun əsas xüsusiyyətlərindən biri odur ki, o, webOS əməliyyat sisteminə sahibdir. Bu isə öz növbəsində monitor sayəsində Apple TV, Netflix, Disney+ və Prime Video kimi tətbiqlərdən istifadə imkanını verir. Yəni sözügedən monitoru həmçinin smart televizor qismində istifadə etmək mümkündür. Monitor DisplayPort, HDMI 2.1, USB-C və USB 2.0 girişlərini əldə edib. LG UltraGear OLED 45GX90SA artıq satışa çıxıb və onun qiyməti 1699$ təşkil edir.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
