Böyük ölçülü Philips 34B2U3600C monitoru təqdim edilib - QİYMƏTİ
Philips şirkəti böyük ölçülü ekrana sahib yeni monitorunu təqdim edib. Şirkətin yeni monitoru Philips 34B2U3600C adlanır. Beləliklə bu yeni monitor 120 Hz-lik təsvir yenilənməsinə sahib 3440x1440 piksel keyfiyyətli 34 düym ölçülü VA ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 300 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 4 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 120%-ni əhatə edir. Monitor özündə HDMI 2.0, DisplayPort 1.4, Ethernet və USB-C girişlərini birləşdirir. USB-C girişi vasitəsilə digər cihazları şarj etmək mümkündür. Bunun üçün o, 90 vatt çıxış gücünə sahibdir. Üstəlik monitor 5 vatt gücündə 2 ədəd səsgücləndirici ilə də təchiz olunub. Philips 34B2U3600C artıq satışa çıxıb və onun qiyməti 409 avro təşkil edir.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...