Braziliyada yüzlərlə iPhone smartfonu müsadirə edilib: Səbəb nədir?

Braziliyada yüzlərlə iPhone smartfonu müsadirə edilib: Səbəb nədir?

Mobil Cihazlar
25.11.2022 PAYLAŞIM

    Braziliyada yerli nizamlayıcı orqanın qərarına əsasən pərakəndə satış mağazalarından iPhone smartfonlarının müsadirə edilməsinə start verilib. Səbəb isə onların şarj cihazı olmadan satılmalarıdır. Bu isə öz növbəsində Braziliyanın yerli qanunvericiliyini pozur. Hələ bir neçə müddət bundan öncə Braziliya hökuməti bu məsələyə görə Apple şirkətini cərimələmişdi. Braziliyanın Ədliyyə Nazirliyi tərəfindən təyin edilmiş qadağaya baxmayaraq ölkədə iPhone smartfonları komplektdə şarj cihazı olmadan satılır. Apple şirkətinin bu məsələ ilə bağlı 2.38 milyon dollar dəyərində cərimələnməsinə baxmayaraq şirkət bu strategiya üzrə satışları reallaşdırmağa davam edir. Verilmiş məlumata əsasən bu səbəbdən Braziliyadakı pərakəndə satış mağazalarından yüzlərlə iPhone modeli müsadirə edilib.

    “Operation Discharge” adlı aksiyası vasitəsilə Braziliyanın nizamlayıcı orqanı Apple şirkətini yerli qanunvericiliyə riayət etməyə məcbur etmək istəyir. Yerli qanunvericiliyə əsasən Braziliya ərazisində satılan bütün smartfonların komplektlərində şarj cihazı olmaldıır. Məlumatda qeyd edilib ki, yerli nizamlayıcı orqan mobil şəbəkə operatorlarının və təsdiqlənmiş Apple resellerlərinin mağazalarından yüzlərlə iPhone modeli müsadirə edib. Bununla belə bu məsələdə yekun qərarın verilməsinə kimi Apple şirkətinə Braziliyada iPhone satışlarını davam etdirməyə icazə vermiş məhkəmə hakimi Diego Camara Alves-in fikrincə şirkət istehlakçıların hüquqlarını pozmur. Bununla yanaşı o düşünür ki, yerli inzamlayıcı orqan öz imkanlarından sui-istifadə edir.




DAHA ÇOX


Google Pixel 8a-nın real fotoları ortaya çıxıb

Google Pixel 8 smartfon seriyasının hələ gələn ay təqdim olunacağına baxmayaraq internetdə artıq Pix..


Samsung Galaxy A05-in reklam materialları təqdim edilib

Biz artıq bir neçə dəfə xəbər vermişik ki, Samsung şirkəti Galaxy A05 adlı yeni büdcəli smartfon üzə..


Redmi Note 13, Note 13 Pro və Note 13 Pro+ təqdim olunub - QİYMƏTİ

Xiaomi şirkəti Çində baş tutmuş təqdimat tədbiri çərçivəsində Redmi Note 13 smartfon seriyasını təqd..


Honor X40 GT Racing Edition smartfonu təqdim edilib - QİYMƏTİ

Honor şirkəti X40 GT Racing Edition adlı yeni smartfonunu təqdim edib.


Elektromobil istehsalçısı NIO öz ilk smartfonu NIO Phone-nu təqdim edib - QİYMƏT..

Çinin elektromobil istehsalçısı olan NIO şirkəti NIO Phone adlı ilk smartfonunu təqdim edib.


Samsung Galaxy S23 FE müxtəlif regionlarda fərqli prosessorlara sahib olacaq

Google Play Console servisində Samsung Galaxy S23 FE smartfonunun iki versiyada qeydiyyat məlumatlar..

×