Logo
    main-post-cover

    Brydge ProDock Trio təqdim edildi

    Cihazlar+
    23.07.2026
    Sevinj
        Brydge şirkəti MacBook istifadəçiləri üçün hazırladığı ProDock Trio modelini təqdim edib. Qurğu yalnız əlavə portlar təklif etmir, həm də noutbuku şaquli vəziyyətdə yerləşdirərək masa üzərində daha çox boş sahə yaradır. Thunderbolt 5 texnologiyasını dəstəkləyən ProDock Trio xüsusilə xarici monitorlardan və çoxsaylı aksesuarlardan istifadə edən peşəkar istifadəçilərə yönəlib. ProDock Trio MacBook-u xüsusi hazırlanmış korpus vasitəsilə birbaşa dok stansiyasına yerləşdirir və cihaz clamshell rejimində işləyir. Beləliklə, istifadəçi xarici monitor, klaviatura və trekpad ilə işləyərkən noutbuk masada əlavə yer tutmur.
    Black rectangular electronic device on a stand, centered on a gray tabletop, with blurred shelves and colorful purple and pink lighting in the background
        Model ümumilikdə 11 port təqdim edir. Bunlara üç Thunderbolt 5 çıxışı, USB-C, üç USB-A portu, 2.5 Gbps Ethernet, SD kart oxuyucu, 3.5 mm audio çıxışı və maqnitli telefon şarj cihazı daxildir. Thunderbolt 5 interfeysi uyğun MacBook modellərində 80 Gbps məlumat ötürmə sürəti, Bandwidth Boost rejimində isə 120 Gbps-ə qədər ötürmə qabiliyyəti təklif edir. Dok stansiyası uyğun cihazlarda eyni anda üç 4K 144 Hz və ya iki 8K 60 Hz monitora qədər dəstək verir. Bununla yanaşı, MacBook üçün 140 Vt gücündə enerji ötürə bilir.
        İcmalda qurğunun ən böyük üstünlüklərindən biri məhz kompakt dizaynı və Mac istifadəçilərinə uyğunlaşdırılmış sadə yanaşması kimi qiymətləndirilir. Thunderbolt portlarının çoxluğu sayəsində monitorlarla yanaşı yüksək sürətli SSD-lər və digər peşəkar avadanlıqları da rahat qoşmaq mümkündür. İcmalda Brydge ProDock Trio 5 mümkün baldan 4 bal alıb. Dock stansiyası Brydge-in rəsmi saytı vasitəsilə 229 ABŞ dollarından başlayan qiymətlə satışa təqdim olunur.
    Paylaş
    Bənzər xəbərlər