
Bu ay təqdim olunacaq Xiaomi MIX Flip smartfonunun batareya həcmi açıqlanıb
Cihazlar+
09.07.2024
Emil
Dünən məlum oldu ki, Xiaomi-nin ilk qatlana bilən qapaqlı smartfonu olacaq Xiaomi MIX Flip qatlana bilən Xiaomi MIX Fold 4 ilə birlikdə artıq bu ay təqdim olunacaq. Bu barədə məlumat Xiaomi şirkətinin CEO-su Lei Jun tərəfindən dünən təqdim edilmiş posterdə qeyd edilmişdi. İndi isə insayderlər Xiaomi MIX Flip barəsində yeni məlumatı təqdim ediblər. Təqdim edilmiş məlumat sözügedən smartfonun hansı həcmdə batareyanı əldə edəcəyini və hansı gücdə sürətli şarj texnologiyasının dəstəyinə sahib olacağını əhatə edir.
Beləliklə insayderlərin sözlərinə əsasən Xiaomi MIX Flip smartfonu 67 vatt gücündə sürətli şarj texnologiyalı 4700 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən ay təqdim edilmiş Honor Magic V Flip smartfonu özündə 4800 mAh enerji tutumlu batareyanı birləşdirir. Flip form-faktoruna sahib yerdə qalan digər smartfonlarda batareya həcmi Xiaomi MIX Flip-in batareya həcmindən daha kiçik olmalıdır. Onu da qeyd etmək lazımdır ki, Xiaomi MIX Flip-in Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacağı gözlənilir.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
