
Bu il Apple AirPods 4 ilə yenilənmiş AirPods Max-ın təqdimatları gözlənilir
Cihazlar+
20.02.2024
Emil
Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən Apple bu il bir neçə yeni AirPods modelini təqdim edəcək. Məlumatda qeyd edilib ki, şirkətin planına əsasən bu il ərzində iki ədəd AirPods 4 və yenilənmiş AirPods Max-ı təqdim etməkdir. Gözləntilərə əsasən 4-cü nəsil AirPods yeni dizaynı, yaxşılaşdırılmış səsi və USB-C-yə sahib şarj keysini əldə edəcək. Bununla yanaşı daha üst səviyyəli AirPods 4-ün ətraf səs-küyün aktiv boğulması funksiyasına və şarj keysində səsgücləndiriciyə sahib olacağı gözlənilir. Şarj keysində səsgücləndirici isə öz növbəsində Find My Location funksiyası üçün nəzərdə tutulacaq. Yenilənmiş AirPods Max-a gəldikdə isə onun USB-C girişinə və naqil vasitəsilə səsin ötürülməsi imkanına sahib olacağı gözlənilir.
Paylaş
Ən çox oxunanlar

Huawei Watch 5 ağıllı saatı təqdim olunub - QİYMƏTİ
