Logo
    main-post-cover

    Bu il Google Pixel Watch 3 smart saatı ilə Pixel Buds Pro 2 smart qulaqlığı gözlənilir

    Cihazlar+
    04.03.2024
         Heç şübhəsiz Google şirkəti hal-hazırda Pixel Watch 3 smart saatı üzərində çalışır. 2022-ci ildə təqdim edilmiş Pixel Watch və keçən il təqdim edilmiş Pixel Watch 2 yalnız bir gövdə ölçüsünə sahibdirlər. Hər iki smart saatın gövdə ölçüsü 41 mm təşkil edir. Lakin bu il təqdim ediləcək Pixel Watch 3-də sözügedən mövzuda dəyişiklik olacaq. Belə ki, ortaya çıxmış yeni məlumata əsasən Pixel Watch 3 smart saatı iki gövdə ölçüsündə təqdim ediləcək. Məlumatda qeyd edilib ki, onlardan biri 41 mm, digəri isə 45 mm gövdə ölçüsünə sahib olacaq. Çox güman ki, 45 mm-lik gövdə ölçüsünə sahib versiyada həmçinin nisbətən böyük həcmli batareya da olacaq. Bununla yanaşı ortaya çıxmış məlumata əsasən Google üstəlik Pixel Buds Pro 2 naqilsiz qulaqlığı üzərində çalışır. Yeni naqilsiz qulaqlıq barəsində digər bir məlumat hələ yoxdur.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Bu il Google Pixel Watch 3 smart saatı ilə Pixel Buds Pro 2 smart qulaqlığı gözlənilir | Technote