
Cihazlar+
Samsung rəsmisi nazik gövdəli Galaxy S25 Edge smartfonunun nə zaman satışa çıxa biləcəyini açıqlayıb
22 yanvar tarixində baş tutmuş Galaxy Unpacked 2025 tədbiri çərçivəsində Samsung şirkəti Galaxy S25 smartfonlarını təqdim etdi. Söhbət, Galaxy S25, S25+ və S25 Ultra smartfonlarından gedir. Lakin daha öncəki məlumat sızıntılarında qeyd edilirdi ki, Galaxy S25 seriyasına 4 ədəd smartfon daxil olacaq və 4-cü smartfon nazik gövdəli Galaxy S25 Slim olacaq.